Referendumda məntəqələrdə “web-camera”lar quraşdırılacaq

Referendumda məntəqələrdə “web-camera”lar quraşdırılacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda sentyabrın 26-da keçiriləcək referendumda seçki məntəqələrinə "web-camera"lardan istifadə məsələsinə baxılıb.

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, artıq neçə ildir Azərbaycanda "web-camera"lardan istifadə edilir. Bu da seçki prosesinin şəffaflığı və açıqlığını təmin edən vasitələrdən biridir. Onun sözlərinə görə, kameralar vasitəsilə dünyanın istənilən yerindən səsvermə prosesini gün ərzində canlı müşahidə etmək mümkündür.

N.Məmmədov seçki məntəqələrinin 20 faizində "web-camera"lardan istifadə olunduğunu xatırladıb, əlavə edib ki, bu il də bu təcrübədən istifadə ediləcək. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində "web-camera"lar quraşdırılacaq. İşğal olunmuş ərazilər istisna olunmaqla, ölkə ərazisinin hər yerində "web-camera"lar tətbiq ediləcək və vətəndaşlar gün ərzində səsvermə prosesini canlı müşahidə edə biləcəklər".

Qərar səsverməyə qoyularaq qəbul edilib.

Sonda cari məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə