Tural Abbaslı: “Xalq radikal müxalifətə inanmır” ETİRAF

Tural Abbaslı: “Xalq radikal müxalifətə inanmır” ETİRAF

Müxalifətyönlü "AĞ Partiya"nın sədri Tural Abbaslı "Milli Şura"nın və Müsavat partiyasının mitinqlərinin zəifliyi və xalq tərəfindən dəstəklənməməsi barədə fikirlərini bölüşüb. SİA-nın məlumatına görə, bu barədə fikirlərini bildirən Tural Abbaslı hesab edir ki, əslində, müxalifətin mitinqlərinə az sayda iştirakçının qatılmasının başqa səbəbləri var: "Burada öncəliklə siyasi proseslərə olan inamsızlıq əsas rol oynayır".

"AG Partiya" sədrinin fikrincə, digər səbəb də uzun illərdir narazı elektoratı təmsil edən liderlərin dəyişməməsidir: "Eyni adlar, soyadlar, eyni şüarlar, eyni təşkilatlar müxtəlif problemlər ətrafında insanları küçələrə çağırırlar. 23 illik uğursuzluğu bunların üzərində gəldikdə məlum olur ki, xalq artıq ənənəvi müxalifətə inanmır. Müxalifətin stabil 15-20 min civarında elektoratı var. Artım və azalma müxalifətin içərisində olur".

Müxalifətçi partiya sədri sonda bildirib ki, ənənəvi müxalifət 23 ildir ki, lider olduqlarını iddia edənlərin simasında dəyişilməlidir və düşərgədə yenilik mütləq faktora çevrilib: "Artıq üzlər, təşkilatlar, adlar, soyadlar dəyişməlidir. İnsanlar yenilik istəyirlər".

Qeyd edək ki, "Milli Şura"nın və Müsavatın mitinqlərindən sonra uğursuzluğa düçar olan hər iki siyasi qurum əvvəlcə daha bir aksiya keçirməyi planlaşdırsalar da, sonradan daha pis vəziyyətə düşəcəklərini anlayaraq, bu fikirlərindən imtina ediblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə