Qazaxıstanın dövlət katibi Bakıya gəlir

Qazaxıstanın dövlət katibi Bakıya gəlir

Qazaxıstan Respublikasının dövlət katibi Gulşarə Abdulxalıqova Bakıya səfər edəcək.

SİA-ya Qazaxıstan səfirliyindən verilən məlumata görə, səfərdə məqsəd 29-30 sentyabr tarixlərində keçiriləcək 5-ci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdir.

Dövlət katibinin forumun plenar sessiyalarında və dəyirmi masalarda çıxışı gözlənilir.

Sentyabrın 30-da isə o, Heydər Əliyev adına "Qazaxıstan-Azərbaycan" dostluq cəmiyyətinin üzvləri ilə görüşəcək. Həmçinin, iki ölkə arasında mədəniyyət, incəsənət, təhsil sahəsində əlaqələr müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə