Səbail rayonunda yaşayış sahələrində yerləşən məhəllələrdə işlərin başa çatması münasibəti ilə mütəmadi olaraq Səbail Rayon rəhbərliyi, təsərrüfat və digər xidmət sahələri nümayəndələrinin iştirakı ilə sakinlərlə görüş keçirilir. SİA-nın verdiyi məlumata görə, belə görüşlərin birində maraqlı hadisə baş verib. Adətən sosial problemlərin müzakirə olunduğu belə tədbirlərin birində sakinlər sosial məsələlərlə yanaşı həmçinin bu gün ölkədə gedən prosseslərə, müxalifətin sabitliyi pozmağa yönəldilən cəhdlərinə də toxunub və buna öz münasibətlərini bildiriblər.
Rayon sakinlərindən çıxış edənlər ilk növbədə ölkədəki sabitlik və əmin-amanlığa toxunub, bu istiqamətdə ölkə başçısı İlham Əliyevin yeritdiyi siyasəti və gördüyü işləri yekdilliklə dəstəklədiklərini, sentyabrın 26-da keçiriləcək referendumda fəal iştirak edəcəklərini bidiriblər.
Həmçinin son vaxtlarda bəzi radikal müxalifət qüvvələrinin ölkədə stabilliyin pozulması ilə bağlı cəhdlərini pisləyiblər. Rayon sakini Rövşən Cavadov daha sərt çıxış edib: "Kimdir bu Əli Kərimli? Vaxtilə özləri hakimiyyətdə olanda ölkəni parçalanmağa gətirib çıxardılar, pis vəziyyət qoyub, sonra da qaçdılar. Bəs indi nə istəyirlər? Mitinqlərdə əsassız olaraq insanları, vəzifəli şəxsləri tənqid yox, təhqir edirlər. Kim onlara bu səlahiyyəti verib? Niyə buna qarşı ölçü görülmür? Mən tələb edirəm ki, Əli Kərimli və onun ətrafna qarşı çox ciddi ölçü götürülsün!".
Digər çıxışçılar da müxalifətin ölkəni uçuruma sürükləmək cəhdləri pislənib və onlara qarşı ciddi tədbirlərin görülməsi tələb edilib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, müxalifət gərək konstruktiv mövqedən çıxış etsin və eyni zamanda çıxış yolları göstərsin. Lakin təəssüf hissi ilə deməliyik ki, onlar artıq bu prssesləri siyasi biznes kimi qəbul edirlər: "Azərbaycan bu gün inkişaf edir, Azərbaycan yeniləşir və ən əsası Azərbaycanda sabitlik vardır. İnkişaf və təqəqqi göz qabağındadır və bu siyasətin başında möhtərəm cənab Prezident durur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB