Konstitusiya islahatları zamanın tələbidir FOTOLAR

Konstitusiya islahatları zamanın tələbidir FOTOLAR

Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupu Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunun Şahhüseynli kəndində seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşü Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq, Referendum Aktı haqqında geniş məlumat verib. Təşkilat sədri Konstitusiya İslahatlarının zərurətdən qaynaqlandığını və inkişafa xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən millət vəkili Elman Nəsirov bildirib ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial-siyasi və iqtisadi-hüquqi sahələrdə, o cümlədən, idarəetmədə kompleks islahatları özündə ehtiva edir.

Görüşdə millət vəkilləri Cavid Osmanov Konstitusiya İslahatlarının ölkəmizin milli maraqlarına xidmət etdiyini bildirib. O, seçiciləri fəal olmağa və sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırıb.

Millət vəkili Jalə Əleva isə bildirib ki, Konstitusiya İslahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək".

Görüşdə millət vəkili Astan Babayev qeyd edib ki, təklif olunan əlavə və dəyişikliklərin təməlində Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurlar dayanır: "Bu inkişaf və tərəqqi yolunda isə zamanın tələbi olaraq müəyyən dəyişikliyə getmək zərurəti yaranır və sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində fəal olmağa çvğırıram".

Daha sonra tədbirdə Zərdab Bələdiyyəsinin sədri Möhübbət Osmanov, Otmanoba kənd sakini Gülanə Bayramova çıxış edərək, Azəraycanın inkişafı Konstitusiya İslahatlarını dəstəklədiklərini və Referendum Aktına səs verəcəklərini vurğulayıblar.

Oğuz rayonu

Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu Oğuz rayonunda Filfilli kənd seçiciləri ilə görüş keçirib. Tədbiri giriş sözü ilə açan "Bələdiyyə" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Arif Cavadov 26 sentyabr 2016-cı il tarixdə ölkəmizdə keçiriləcək referendumda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zərurətdən irəli gəldiyini vurğulayıb.

A.Cavadov bildirib ki, bu gün Azərbaycan dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur: "Referendum Aktı layihəsində öz əksini tapan əlavə və dəyişikliklərin Azərbaycan dövlətinin inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edəcəyi labüddür. Prezident İlham Əliyev gənclərə daim diqqət və qayğı ilə yanaşıb. Əminəm ki, rayonumuzun ilk dəfə səs verəcək gəncləri də ölkəmizdə gedən inkişafı, tərəqqini, demokratik mühiti düzgün dəyərləndirəcək, referendumda aktivlik nümayiş etdirərək, təklif olunan layihənin lehinə səs verəcəklər".

Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək diqqətə çatdırıb ki, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ümumi inkişaf proqramlarının daha çevik, daha effektli şəkildə həyata keçirilməsinə imkan verəcək:" Konstitusiyaya əlavə və dəyişikliklərələ əlaqədar ümumxalq səsverməsinin keçirilməsi, məhz ölkəmizdə müxtəlif sahələrdə həyata keçirilən islahatların məntiqi davamıdır. Həyata keçirilən islahatların əsasında ölkə vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə, ölkənin gələcəyinə xidmət edir".

S.Məhərrəmov çıxışının sonunda bütün seçiciləri referendumda fəal iştirak etməyə, dövlətçiliyimizə və gələcək inkişafımıza "HƏ" deməyə çağırıb.

Görüşdə çıxış edən Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvü, rayon ağsaqqalı Emin Əzimli qeyd edib ki, bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern və inkişaf etmiş ölkəyə çevirəcək, gələcəyə yeni imkanlar açacaq.

Görüşdə çıxış edərək, Filfilli kənd sakinləri Məmmədov Şakir və Mikayılov Mürvət ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və bu dəyişikliklərə, birmənalı olaraq, "HƏ" deyəcəklərini söyləyiblər.

Ucar rayonu

Referendum üzrə "Bələdiyyə" təşviqat qrupu sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayonunun Qarabörk kəndində seçicilərlə görüş keçirib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışıb.

Milli Məclisin deputatı Vüsal Hüseynov Konstitusiyada əlavə və dəyişikliklərin edilməsinin siyasi əhəmiyyəti və dövlət idarəçiliyinin daha da möhkəmləndirilməsi barədə geniş məlumat verərək sentyabrın 26-da Referendum keçirilməsini günün və zamanın tələbi olduğunu vurğulayıb.

Rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov, Yığıncaqda iştirak edən seçicilərdən Sabir Cəfərov, Elvin İsmayılov və Rəhman Səfərov çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişiklikləri dəstəkləyəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə