Qadın seçicilərlə növbəti görüş YENİLƏNİB (FOTOLAR)

Qadın seçicilərlə növbəti görüş YENİLƏNİB (FOTOLAR)

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Ağdaşda qadın seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, rayonun Türyançay qəsəbəsinin Mədəniyyət evində baş tutan görüşü Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva açaraq qadın seçicilərə sentyabr ayının 26-na təyin olunmuş ümumxalq səsverməsi və bu səsverməni zəruri edən səbəblər haqqında ətraflı məlumat verib.

Qadın seçicilərlə görüşdə millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov çıxış edərək saylı günlər sonra keçiriləcək Referendumda 23 maddəyə dəyişiklik və 6 maddənin əlavə edilməsi, təklif olunan əlavə və dəyişikliklərin üçdə ikisinin insan hüquq və azadlıqları ilə əlaqədar olduğunu görüş iştirakçlarının diqqətinə çatdırıb. Millət vəkili Cavid Osmanov hər zaman olduğu kimi 26 sentyabrda keçiriləcək Referendumda ağdaşlı qadınların yaxından iştirak edəcəyini əminliklə qeyd edib.

Görüş iştirakçıları adından çıxış edənlər - Şəhla Hacıbalayeva, Sədaqət Mustafayeva, Gülnarə Dadaşova, Vüsalə İsayeva və Dilarə Manafova Referendum Aktı layihəsi ilə yaxından tanış olduqlarını və Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər.

Onlar bildiriblər ki, ağdaşlı qadınlar digər siyasi kampaniyalarda olduğu kimi 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsində yaxından iştirak edərək, təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəklər.

Türyançay qəsəbəsinin Mədəniyyət evində qadın seçicilərlə keçirilən görüşü Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva yekunlaşdıraraq bir daha qadınları 26 sentyabrda Referendumda fəal iştirak etməyə çağırıb.

Goranboy rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə dəyişikliklərlə bağlı Goranboyda qadın seçicilərlə görüş keçirib. Görüşdə Yeni Azərbaycan təşviqat qrupunun Goranboy rayon şöbəsinin rəhbəri YAP rayon təşkilatının sədri Elçin İsmayılov, YAP rayon təşkilatının sədr müavini Əzra Həşimova, YAP Goranboy rayonunun Qadınlar Şurasının sədri Zülfiyyə Qarayeva və digərləri iştirak ediblər.

Görüşdə ilk çıxış edən YAP rayon təşkilatının sədr müavini Əzra Həşimova iştirakçılara 26 sentyabrda keçiriləcək Referendumun mahiyyəti barədə geniş məlumat verib. O bildirib ki, Referendum Aktı hazırda rayon seçiciləri arasında geniş müzakirə obyektinə çevrilib.

Ə. Haşımova qadın seçicilərinə Referendum Aktında yer alan bütün dəyişikliklər- ölkəmizdə insan hüquqları və azadlıqların qorunmasına, vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə, Prezidentlik müddətinin 5 ildən 7il müddətinə artırılması və aşağı yaş senzinin götürülməsi barədə geniş izahat verib.

Tədbirdə YAP Goranboy rayonunun Qadınlar Şurasının sədri Zülfiyyə Qarayeva çıxış edərək qeyd edib ki, Qadın seçicillər Dövlət başçısı İlham Əliyevin bütün təşəbbüslərini dəstəkləyir: "Biz qadınlar sentyabrın 26-da seçki məntəqələrinə gedərək Referendum Aktına "HƏ" deyəcəyik".

Rayonun YAP Qadınlar Şurasının üzvü Kəmalə Axundova, Ülkər Hümbətova çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin zəruriliyindən danışaraq, qeyd ediblər ki, Goranboy qadınları hər seçkidə olduğu kimi bu seçkidə də öz fəallıqlarını nümayiş etdirərək sentyabrın 26-da keçiriləcək referendumda Konstitusiya islahatlarına "HƏ" deyəcəklər.

Yekunda "Yeni Azərbaycan" təşviqat qrupunun Goranboy rayon şöbəsinin rəhbəri YAP rayon təşkilatının sədri Elçin İsmayılov Referendum Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı öz izahat və tövsiyyələrini verib.

Laçın rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Laçın rayon şöbəsi qadın seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan millət vəkili Mahir Abbaszadə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib.

Son illər ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin uğurlarından danışan Mahir Abbaszadənin sözlərinə görə, Azərbaycan son 13 ildə böyük inkişaf yolu keçib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasət nəticəsində ölkəmizin əldə etdiyi böyük iqtisadi nailiyyətlər, o cümlədən, sosial, humanitar, idman, beynəlxalq əlaqələrin genişlənməsi və digər bütün istiqamətlərdə qazanılan uğurlar Əsas Qanunumuzda əlavə və dəyişikliklərin edilməsini şərtləndirir. Millət vəkili qeyd edib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər Azərbaycanın gələcəyi, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir.

Çıxışında Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu, qadınların dövlət idarəçiliyində təmsil olunduğunu və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdikdlərini deyən millət vəkili əmin olduğunu söyləyib ki, ölkə vətəndaşları, o cümlədən qadınlar sentyabrın 26-da Referendum Aktı layihəsinə səs verəcəklər. Mahir Abbaszadə bu prosesdə laçınlı qadınları da fəal olmağa çağırıb.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı Qadınlar Şurasının sədri Solmaz Məhərrəmova bildirib ki, Referendum Aktı ölkədə Azərbaycan Konstitusiyası tərəfindən təminat verilmiş demokratiyanın inkişafını nəzərdə tutur. Onun sözlərinə görə, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlətimizin daha da güclü olması, xalqımız üçün daha geniş imkanların yaradılması baxımından çox önəmlidir".

Daha sonra qadın seçicilərdən Nəcibə Hətəmova, Reyhan Hümbətova, Tamella Məmmədova, Lütfiyyə Cabbarova çıxş edərək bütün qadınları sentyabrın 26-da seçki məntəqəsinə gələrək, müstəqilliyimizin əbədiliyinə, sarsılmazlığına, Vətənimizin daha da güclü və qüdrətli olmasına səs verməyə çağırıblar.

Xəzər rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Xəzər rayonunda qadın seçiciləri ilə görüş keçirib. Görüşdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Qadınlar şurasının sədri Pərvanə Hacıyeva, 4 saylı Respublika xüsusi internat məktəbinin direktoru Vəfa Seyidova, 5 saylı Bakı peşə məktəbin direktoru Fatma Çandirova iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Qadınlar şurasının sədri Pərvanə Hacıyeva qadın seçicilərə sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi- referendumum əhəmiyyəti haqqında məlumat verib. O bildirib ki, Ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə dəyişikliklər bir çox istiqamətləri əhatə edir: " Referendum Aktında ölkəmizin təhlükəsizliyi, insan hüuquq və azadlıqlarəının qorunması və digər müddəlar yer alıb. Bütün bunlar dövlətimizin eləcə də dövlətçiliyimizin inkişafı üçün mühüm məqamlardır. Təklif olunan yeniliklərin hər biri ölkəmizin gələcək inkişafına istiqamətlənib. Biz öz gələcəyimiz naminə səs verməliyik. Sentyabrın 26-da bütün qadın seçicilərimizi səvermədə aktiv iştirak etməyə dəvət edirəm".

Daha sonra çıxış edən 4 saylı Respublika xüsusi internat məktəbinin direktoru Vəfa Seyidova Konstitusiya islahatlarını dəstəklədiyini və bu slahatların ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyət kəsb etdiyini dilə gətirib.

Çıxış edən qadın seçicilər təklif olunan əlavə və dəyişikliklər haqqında məlumatlı olduqlarını və səsvermə günü seçkidə fəal olub Referenduma "HƏ" deyəcəklərini bildiriblər.

Balakən rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşəbbüs qrupu Azərbaycan Konstisusiyasında dəyişikliklər edilməsi ilə bağlı təbliğat –təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında rayonun qadın fəalları ilə görüş keçirib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü Nəsib Məhəməliyev, millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyası,Tarix institunun direktoru Yaqub Mahmudov, "Yeni Azərbaycan" təşviqat qrupu Balakən rayon qərargahının sədri Azad Balayev iştirak ediblər.

Görüşü giriş sözüi ilə açan Azad Balayev Konstitusiyaya edilən təklif edilən əlavə və dəyişikliklərin sosial sifariş olduğunu və mövcud uğurların bariz nəticəsi kimi qiymətləndirərək, bütün qadınları səsvermə günü həmrəy olub, dövlətçiliyimizin inkişafına naminə səsverməyə dəvət edib.

Görüşdə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Nəsib Məhəməliyev ölkə Konstitusiyasının yaranma tarixindən, o vaxtdan bu günə qədər aparılan islahatlarından bəhs edib. Millət vəkili, ölkəmizin sürətlə inkişaf etdiyini və qanunvericilik bazasına əlavə və dəyişikliklərin də bu inkişafın tərkib hissəsi olduğunu qeyd edib: "Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin 15 maddəsinin - təqribən 60 faizi insan hüquq və azadlıqlarının təminatına həsr edilib. Bu baxımdan bütün seçiciləri, xüsusilə də fəal qadınları 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi-referendumda fəal olub, Referendum Aktı layihəsinə səsverməyə dəvət edirəm".

Görüşdə çıxş edən Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası Tarix institunun direktoru Yaqub Mahmudov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. O bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər: "Hazırda Konstitusiyaya təklif edilən dəyişikliklər Azərbaycan cəmiyyətini indiki reallıqlara uyğunlaşdıraraq ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyır".

Çıxış edən rayonun fəal qadınları sentyabrın 26-da seçkilərdə, öz gələcəyinin inkişafına dəstək olaraq, ümumxalq səsverməsində hamılıqla "Həmrəy olaq, "HƏ" deyək" devizini dəstəkləyəcəklərini qeyd ediblər.

Yasamal rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Yasamal rayonunda qadın seçicilərlə görüş keçirib. Ümumxalq səsverməsinə hazırlığın ən mühüm mərhələsi olan təbliğat kampaniyasına "Həmrəy olaq, "HƏ" deyək" çağırışı ilə başlayan və mütəşəkkilliklə davam etdirən "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun seçicilərlə görüşləri biri-birindən maraqlı keçirilir.

YAP Qadınlar Şurasının referendumla bağlı keçirdiyi görüşdə Konstitusiya islahatları barədə maraqlı açıqlama verildi.

YAP Yasamal rayon təşkilatında keçirilən tədbirdə partiyanın Yasamal, Nəsimi, Suraxanı, Binəqədi, Abşeron, Qaradağ, Xəzər rayonlarının fəalları təmsil olunurdu.

Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı ƏhmədovAli Qanunumuzda edilən dəyişiklik və əlavələrin mahiyyəti , dövlətçilik sisteminin təkmilləşdirilməsindəki səmərəsi barədə məlumat verdi.

Milli Məclisin deputatı, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, partiyanın Qadınlar Şurası sədrinin müavini, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Sevinc Fətəliyeva müstəqilliyimizin ilk günlərindən qüdrətli Azərbaycan naminə fəadkarlıq göstərən Azərbaycan qadınlarının siyasi hazırlıq və ölkə iqtisadiyyatının inkişafındakı rolundan danışıb. Bildirilib ki, cəmiyyətin aparıcı qüvvəsi olan qadınlar referendumda da fəallıq göstərəcək, ümumxalq səsverməsində öz sözlərini deyəcəklər.

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gözəllik Mərkəzinin direktoru, YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva çıxış edərək təbliğat kampaniyası çərçivəsində keçirilən seçicilərlə görüşdə hiss olunan yüksək əhval- ruhiyyəni dövlətin daxili və xarici siyasətinin dəstəklənməsinin ifadəsi adlandırıb.

YAP-ın Yasamal, Abşeron, Binəqədi rayon təşkilatları Qadınlar Şuralarının sədrləri Tamella Şahbazova, Təyyibə Hüseynova, Aytac Əliyeva çıxış edərək bütün siyasi kampaniyalarda fəallıq göstərən qadınların 26 sentyabrda da mütəşəkkil siyasi qüvvə kimi birlik və həmrəylik göstərəcəklərini vurğulayıblar.

Seçicilər "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun "Həmrəy olaq, "HƏ" deyək" çağırışına qoşularaq səsvermədə elliklə iştirak edəcəklərini bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə