Müsavat Partiyasının Bakı vaxtı ilə saat 15:00-da başlayan mitinqi sönük şəkildə keçib. SİA xəbər verir ki, mitinq başlamazdan az öncə, Müsavat Partiyasının başqanı Arif Hacılı mitinqin keçirildiyi "Məhsul" stadionuna nə qədər insanın toplaşdığını təşkilatçılardan soruşub. Aksiya təşkilatçıları gözlədiklərindən az adamın olduğunu bildiriblər.
Maraqlı məqamlardan biri budur ki, natiqlər mitinqin mövzusundan kənar məsələlər danışdığı üçün aksiyanın başlamasından az müddət keçməsinə rəğmən, toplaşanlar artıq oranı tərk ediblər.
Qeyd edək ki, Müsavat Partiyasının mitinqini çoxlu sayda jurnalist müşahidə edib. Aksiyanın təhlükəsizliyini isə polis gücləri təmin edib.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB