ABŞ-da yaşayan sabiq spiker Rəsul Quliyev "facebook" səhifəsində "Milli Şura"nın mitinqini ittiham edən status paylaşıb. SİA xəbər verir ki, eks-spiker mitinqə toplaşanlların sayının düşündüyündən də az gəlməsi "Milli Şura"nın gülünc vəiyyətdə olmasının göstəricisidir: "Mitinqə gələnlərin sayı verdiyim proqnozdan belə 3 dəfə az oldu. Buna dərindən təəssüf edirəm".
Rəsul Quliyev qeyd edib ki, havanın yağışlı olmasını aqrument kimi gətirmək həqiqəti ehtiva etmir, sadəcə, insanlar getməmək üçün səbəb axtarırdı və bu daha doğru arqumentdir.
Onun fikrincə, ""Milli Şura" ölkədəki vəziyyəti analiz edə bilmir" demək kompliment olardı: ""Mili Şura" üzvlərində "elementar məntiq çatışmır və ya yoxdur" demək daha düzgün qiymət olar".
Quliyev sonda qeyd edib ki, "Milli Şura" adlanan (yeganə üzvü AXCP olan) süni qurum əgər bu millətə xeyir vermək istəyirsə heç olmasa müvəqqəti siyasətlə məşğul olmamalıdır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB