Əli Kərimlinin oğlu Bako Saakyanın oğlu ilə necə QARDAŞLAŞDI - FAKT

Əli Kərimlinin oğlu Bako Saakyanın oğlu ilə necə QARDAŞLAŞDI - FAKT

ABŞ konqresinin insan haqları komissiyası tərəfindən erməni lobbisinin dəstəyi ilə keçirilən və Azərbaycan əleyhinə yönələn dinləmələrdə daha bir maraqlı nüans üzə çıxıb. Məlumatlı mənbələrdən SİA-ya daxil olan xəbərə görə, Azərbaycana qarşı keçirilən dinləmələrə qatılmış 20 nəfərədək iştirakçının yarıdan çoxu ermənilərdən təşkil olunub.

O cümlədən, ABŞ-ın Dövlət Departamenti ilə yanaşı, ABŞ konqersinin üzvləri də həmin dinləmələrdə iştirak etməkdən imtina ediblər. Amerikalı konqresmenlərdən yalnız erməni lobbisinin yaxın dostu, qondarma erməni soyqırımının Amerika dairələrindəki təbliğatçısı Ceyms Makqovern orada olub və onun ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçlə isti münasibətləri diqqətdən yayınmayıb.

Diqqətçəkici əsas məqamlardan biri isə AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin çıxışı ilə yanaşı, dinləmələrə skayp vasitəsilə qatılan Xədicə İsmayılın səsləndirdiyi fikirlərin ardınca saparatçı "DQR" rejiminin "prezidenti" Bako Saakyanın oğlu, Amerika erməni konqresinin fəalı Armen Saakyanın və qurumun digər təmsilçisi Raffi Qaraqaşyanın onları alqışlamaları olub. Belə ki, Türkel Kərilmli və Xədicə İsmayıl tərəfindən ölkəmiz və dövlətilik maraqlarımız əleyhinə səslənən hər fikir ermənilər tərəfindən alqışlarla qarşılanıb. Artıq bu barədə Ermənistan mediasında da qeydlər edilməkdədir. Saytımız bu barədə dəqiq informasiyaları öz izləyicilərinə təqdim edəcək.

Xatırladaq ki, dinləmələrə bir çox dairələrin qatılmaması qərəzli tədbirin sönük keçməsi ilə nəticələnib və istənilən nəticə əldə edilmədiyinə görə, baş tutmamış hesab olunub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə