Müxalifətyönlü ReAL hərəkatının sədr müavini Erkin Qədirli ötən gün ABŞ konqresində Azərbaycan əleyhinə keçirilən dinləmələrə hansıı səbəbdən qatılmamasına aydınlıq gətirib. SİA-nın məlumatına görə, Qədirli bununla bağlı sosial şəbəkədə fikirlərini bildirib və qeyd edib ki, dinləmə təşkilatçıları adından dəvət alıb, lakin o yolun uzaqlığını, təyyarə biletinin bahalığını, eləcə də həmin dinləmələrə marağının olmamasını əsas gətirərək, Vaçinqtona səfər etməkdən imtina edib. ReAL təmsilçisi bildirib ki, onun imtinasından sonra təşkilatçılar səfər ehtiyaclarının ödənilməsini öz üzərlərinə götürüblər.
"Dinləmələrdə iştirak etmək istəməyə marağımım olmaması ilə yanaşı, buna başqa səbəblər də olub"
Daha sonra isə Qurban bayramı ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfirliyinin işləmədiyini deyən dinləmə təşkilatçıları Erkin Qədirliyə prosesə skayp vasitəsilə qatılmasını təklif ediblər. "Açığını desəm, mənim ABŞ konqresində keçirilən dinləmələrdə iştirak etmək istəməyə marağımım olmaması ilə yanaşı, buna başqa səbəblər də olub"-deyə qeyd edən ReAl funksioneri bildirib ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində ABŞ konqresinin Helsinki komissiyası ReAl hərəkatından onu, "Milli Şura"dan isə Eldar Namazovu dinləmələrə dəvət etmişdi. SİTAT: "Dəvətnamdə qeyd edilmişdi ki, biz dinləmələrdə iştirak edəcəyik. Biz razılaşdıq. Bir gün öncə isə aparat işçiləri məni şam yeməyinə dəvət ediblər. Lakin şam yeməyi uğursuz alındı. Helsinki komissiyasının işçiləri bildirdilər ki, sabah dinləmələrin yerinə brifinq keçiriləcək. Yəni tədbirə heç bir konqresmen qatılmayacaq. Çıxış etməyi isə bizə təklif etdilər. Mənim isə dərhal kefim pozuldu. Bu qədər uzaq yolu qət edəsən və sonda öyrənəsən ki, səni kimsə dinləməyəcək-bu çox ağırdır".
"Öyrənmək istəyirdim ki, həmin statusum barədə konqresmenlərə kim məlumat verib, ancaq mənə bu barədə cavab vermədilər"
Erkin Qədirli qeyd edib ki, sonuncu dinləmələrə bir gün qalmış ona adının iştirakçılar siyahıdan çıxarıldığı barədə məlumat verilib: "Mən bunu dəqiqləşdirdim. Bəlli oldu ki, kimsə orada mənim 3 il öncə Xocalı soyqırımı ilə bağlı statusumla bağlı məlumat verib. Onda mənə hər şey aydın oldu. Mən öyrənmək istəyirdim ki, həmin statusum barədə konqresmenlərə kim məlumat verib, ancaq mənə bu barədə cavab vermədilər. Dinləmə təşkilatçıları mənə yalnız təəssüf etdiklərini bildirdilər, demə ki, onlar mənə ümid edirmişlər və mən də onları pis vəziyyətdə qoymuşam. Ona görə ki, dinləmələrdə Ermənistandan olan nümayəndələr və jurnalistlər iştirak edəcəkdilər. Təşkilatçılar mənə dedilər ki, Ermənistan nümayəndələri mənim oradakı iştirakımla bağlı etiraz edə bilərlər ki, bu da dinləmə prosesinin gedişatına mane törədər".
Qeyd edək ki, ABŞ konqresinin insan haqları komissiyasının keçirdiyi dinləmələrdə qondarma "DQR"in "prezidenti" Bako Saakyanın oğlu Armen Saakyan, Amerikanın erməni diaspor nümayəndələri, Ermənistandan getmiş jurnalistlər, "Amerikanın səsi" radiostansiyasının erməni xidmətinin əməkdaşları, qondarma erməni soyqırımının amerikalı ideyavericisi Ceyms Makqovern, ABŞ-ın Aərbaycandakı sabiq səfiri Riçard Kozlariçlə yanaşı, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli iştirak edib. Eləcə də "Milli Şura"nın üzvü Xədicə İsmayıl skayp vasitəsilə dinləmələrə qatılaraq, Azərbaycan əleyhinə çıxışlar edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB