"Aprel hadisələrindən sonar Ermənistanın daxilində siyasi vəziyyət gərginləşmişdi. Düşmən ölkədəki iqtisadi vəziyyətin də bəhanə kimi müxalif qruplar tərəfindən aktuallaşması Sarksyana təzyiqlərin miqyasını daha da artırırdı". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, istər bir qrup yüksək çinli hərbçilərin, istərdə də Ermənistan müxalifətinin hakimiyyətdən islahatlar tələbləri Sarqsyanın yeni hökumətin formalaşdırılmasına razılıq verməyinə gətirib çıxartdı: "Bu kimi dövlətlərdə kimin Baş nazir olmasının heç bir əhəmiyyəti yoxdur. Sadə erməni xalqı əvvəl necə yaşayırdısa, indi də o cür yaşamağa davam edəcək. Udan tərəflər isə, Ermənistanın hakim və müxalif elitaları oldu. Sarksyan uğursuzluqlarda məsuliyyəti Ovik Abramyanın üzərinə ataraq "yeni Baş nazir" gətirdi. Müxalif qruplar isə,öz maraqlarını icraedici orqanda yer almaqla təmin etdilər".
Z.Məmmədov əlavə edib ki, digər məqam, Rusiya və ABŞ ilə bağlıdır: "Yeni Baş nazir Ermənistan elitasının bir çoxu kimi təbii ki, Rusiyanın əleyhinə olmadığı birisidir: "Həm də ki, Robert Koçaryanın qohumudur. Bununda Sarqsyan Koçaryanın da təzyiqlərindən qurtulmuş olacaq.Eyni zamanda yeni Kabinetdə Qərbin "adamları"nın da olacağı gözləniləndir.
Ancaq, hesab edirəm ki, Azərbaycan üçün vacib heç də, kimin Ermənistanda hansı mövqeni tutması deyil. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq onların münaqişəyə dair mövqeləri dəyişməyəcək. Yeni hökumətin formalaşması, bahardakı parlament seçkiləri Qarabağ danışıqlarının yenidən dalana dirənməsi ilə nəticələnəcək. Eyni zamanda Ermənistanın parlamentli respublikaya keçişinin müsbət və mənfi məqamları vardır. Bizim üçün müsbət məqam ondan ibarətdir ki, parlamentli respublika kimi Ermənistanda siyasi proseslər daha qeyri – sabit olacaq. Lakin,eyni zamanda bunun özünün də mənfi fəsadları olacaq. Onsuzda uğurlu olmayan Qarabağ danışıqlarında hansısa ortaq məxrəcə gəlmək və münaqişəni dinc yolla nizamlamaq mümkün olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB