Ramil Məmmədli: “Qalib tərəf rəsmi Moskvanın xeyir-duasını alacaq” AÇIQLAMA

Ramil Məmmədli: “Qalib tərəf rəsmi Moskvanın xeyir-duasını alacaq” AÇIQLAMA

"Ermənistanda siyasi gərginlik illərdir davam edir. Proseslərin gərginləşdiyi dövr isə əsasən Serj Sarkisyanın prezidentlik dövrünə təsadüf etdi. Bunun səbəblərindən biri daxili sosial problemlər olsa da gərginliyin əsas səbəbi Qarabağ münaqişəsinin həlli ilə bağlı Sarkisyan hökumətinin mövqelərini itirməsidir". Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Sarkisyana müxalif qüvvələr də özləri üçün bu münbit vəziyyətdən bəhrələnməyə çalışırlar: "Erməni deputat Zarui Bostançıyanın Ermənistan parlamentində çıxışı zamanı fikirləri də buna hesablanıb. Reallıq isə budur ki, mövcud durumda Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, regiondakı hərbi-siyasi vəziyyət Azərbaycanın xeyrinə dəyişməkdə davam edəcək. Bundan isə Sarkisyanın düşmənləri istifadə edəcək. Yekunda isə qalib tərəf rəsmi Moskvanın xeyir-duasını alacaq. Bu hər zaman belə olub. Yəni demokratiya, Avropaya inteqrasiya çıxışları "blef"dən başqa heç nə deyil. Ermənistan hərbi-siyasi yönümünü heç vaxt tam olaraq qərbə tərəf dəyişə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə