ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Hillari Klintonun xəstəliyi ilə bağlı ilk dəfə çıxış edib. SİA xəbər verir ki, bu barədə "BuzzFeed" informasiya portalı yazır. "Siz elə bilirsiniz ki, Hillarinin burada bir saat dayanaraq çıxış etməyə gücü çatacaqdı? Mən bilmirəm, mən belə düşünmürəm", - deyə milyarder namizəd Ohayoda öz tərəfdarları qarşısındakı çıxışında deyib.
Qeyd edək ki, Nyu-Yorkda 11 sentyabr 2001-ci ildə törədilmiş terror aktı zamanı həlak olan insanların xatirələrinin yad edilməsi ilə bağlı mərasim zamanı Hillari Klinton orada çox qalmayıb.
"Tramp son vaxtlara qədər Klintonun sağlamlığı ilə bağlı çıxış ertməyə tərəddüd edirdi. Lakin ötən gün danışdı və neqativ şəkildə"-deyə adıçəkilən portal yazır.
"Lakin görəndə ki, çıxış etdiyi kütlədə narazılıq yaranır, Tramp əlavə edib ki, "biz hamımız istəyirik ki, ona yaxşı olsun və biz istəyirik ki, yenidən rəqabətə qoşulsun"- "BuzzFeed" əlavə edib.
Tibbi qənaətə görə, Klintonu müalicə edən həkim Liza Berdak deyib ki, siyasətçi (Klinton)sürətlə sağalmağa doğru gedir. "O, sağlamdır və ABŞ prezidneti vəzifəsini tam şəkildə icra edə bilər"-deyə Berdak vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Hillari Klinton "pnevmaniyanın yoluxmayan bakterial forması" üzrə antibiotiklərlə 10 günlük müalicə kursu keçir.
Onun bu gündən etibarən yenidən prezidentlik uğrunda rəqabətə başlayacağı qeyd olunub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB