Bu gün 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupu Nəsimi rayonunun Bakı Qızlar Universitetinin binasında seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı 26 sentyabr tarixində ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin keçiriləcəyini vurğulayıb.
Prezident İlham Əliyevin məqsədyönlü siyasi strategiyası nəticəsində əldə olunan uğurlardan bəhs edən rayon təşkilat sədri ölkəmizin bütün sahələrinin dinamik inkişafı fonunda əsas qanunvericilik bazası olan ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinin vacibliyini önə çəkib: "Bu il Azərbaycan dövlət müstəqilliyinin 25 illiyini qeyd edəcək. Ötən dövrlə müqayisədə ölkəmiz böyük inkişaf yolu keçmiş və böyük uğurlara sahib olan Azərbaycan dünya ölkələri arasında söz sahibinə çevrilib. Ölkənin Konstitusiyasına dəyişikliklər, adətən, həmin dövrdə ölkənin ictimai-siyasi, sosial, iqtisadi və böyük əhəmiyyət kəsb edən digər reallıqlarını və gələcək inkişafı ilə bağlı amillər nəzərə alınmaqla qəbul edilir. Ölkəmizdə sonuncu Referendum 2009-cu ildə baş tutmuşdu. Beynəlxalq təcrübəyə əsasən demək olar ki, dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçirilməsi zamanın tələbinə çevrilib".
M.İbrahimqızı qeyd edib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır və daha çevik idarəetmə sisteminin formalaşdırılmasına təkan verəcək. O, Nəsimi rayon seçicilərinin bu islahatlara səs verəcəklərinə əminliyini bildirib.
.jpg)
Görüşdə çıxış edən Nəsimi rayon Bələdiyyəsinin sədri Nazim Qaraxanov Konstitusiyada dəyişikliklər edilməsinin ölkəmiz üçün faydalılığından bəhs edərək bildirdi ki, ölkə inkişaf etdikcə, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, ölkəmiz beynəlxalq konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün Konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranır. O, qeyd edib ki, sentyabrın 26-na təyin edilmiş Referenduma Konstitusiyanın 23 maddəsində dəyişiklik edilməsi və 6 yeni maddənin əlavə edilməsi təklif edilib. O, seçicilərə Konstitusiyada nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı, vitse-prezidentlik institunun yaradılması, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, bir neçə maddədə yaş məhdudiyyətinin aradan götürülməsi, mülkiyyət hüququ və s. maddələr haqqında geniş məlumat verib. Görülən bütün işlərin, həyata keçirilən islahatların ölkə vətəndaşlarının maraqlarına xidmət etdiyini bildirib.
.jpg)
Görüşün sonunda seçicilərin sualları cavablandırılıb. Çıxış edən seçicilər dövlət başçısını dəstəklədiklərini və onun bütün siyasi addımlarını dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildiriblər.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB