Seçicilərlə görüş keçirilib FOTOLAR - YENİLƏNİB

Seçicilərlə görüş keçirilib FOTOLAR - YENİLƏNİB

Tovuz rayon

Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Tovuz rayon şöbəsi rayonun Qaraxanlı kəndində seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşə qonşu Xatınlı, Qədirli, Cilovdarlı, Aşağı Mülkülü, Əlimardanlı və Hunanlar kəndlərindən olan nümayəndələr də qatılıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov bildirib ki, ölkəmizdə Referendumun keçirilməsini zəruri edən amilləri var. O qeyd edib ki, Referendum Akti layihəsində Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin hər biri dövlətimizlə yanaşı, cəmiyyətimizə və vətəndaşlarımıza böyük faydalar gətirəcək: "Təklif olunan əlavə və dəyşiklikləri son illər ölkəmizdə aparılan siyası və iqtisadi islahatların davamıdır. Sənəddə yer alan bütün müddəalar dövlət idarəçiliyinin təkmilləşməsi, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, həyata keçən islahatların dərinləşməsinə və səmərəliliyinin təmin olunmasına yönəlib. Hörmətli seçicilər biz uğurlu gələcəyimiz naminə səsvermə günü fəal olub, Referendum Aktına "Hə" deməliyik.

Daha sonra çıxış edən Bakı Dövlət Universiteti Qazax filialının dosenti Məmməd Yusifov, təşviqat qrupunun üzvləri Mücaməddin Axundov, Səyyad Yusifov təklif olunan əlavə dəyişikliklərin ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyət kəsb etdiklərini bildiriblər. Natiqlər rayon seçicilərini sözgedən sənədə səs verməyə dəvət ediblər.

Çıxış edən seçicilər Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəklədiklərini qeyd edərək sentyabrın 26- da seçki məntəqələrinə gedərək bunu bir daha nümayiş etdirəcəklərini və Referendum Aktna "Hə" deyəcəklərini bəyan ediblər.

İsmayıllı rayonu

Bu gün referendum üzər "Yeni Azərbaycan" təşəbbüs qrupu tərəfindən İsmayıllı rayonu Talıstan kəndində seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, ölkəmiz növbəti çox mühüm əhəmiyyət kəsb edən siyasi proses ərəfəsindədi: "Belə ki, sentyabrın 26-da ölkəmizdə əsas qanun - Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi - referendum keçiriləcək. Ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur. Birmənalı olaraq vurğulamaq yerinə düşər ki, bu dəyişikliyin qəbulu qeyri-qanuni hərbi birləşmələrin yaradılmasının qarşısını almaq üçün vacib hüquqi bazanı formalaşdıracaq. Məlum olduğu kimi, regional və beynəlxalq səviyyələrdə bu qəbildən təhlükələrin mövcudluğu və getdikcə daha da artması sözügedən məsələlərin ölkəmizdə konstitusion norma olaraq Əsas Qanunda təsbit olunmasını zərurətə çevirmişdir. Bunun bir qədər də geniş izahına gəlincə, əgər bu günə qədər Ali Baş Komandan statusu yalnız Ordu, Silahlı Qüvvələr üzərində idisə, artıq Konstitusiyaya təklif olunan dəyişikliklərə əsasən, bütün silahlı birləşmələr Ali Baş Komandanın əmrinə tabe olunacaq".

Ə. Vahabova vurğulayıb ki, Referendum Aktında idarəetmə institutlarında yeni keyfiyyət dəyişikliklərinin yaradılması nəzərdə tutulub və burada söhbət vitse-prezidentlik institutunun yaradılmasından, həmçinin prezidentə əlavə səlahiyyətlərin verilməsindən gedir: "Bir sıra inkişaf etmiş xarici ölkələrdə bu kimi nümunələrə rast gəlinir. Belə ki, Konstitusiya Aktı layihəsinə əlavə edilmiş 6 yeni maddə (98, 103, 106,108, 110-cu və 146-cı maddələr) ilk növbədə dövlət strukturlarının optimal təkmilləşdirilməsi, onların səlahiyyətlərinin dəqiqləşdirilməsi və son nəticədə yaxşı idarətmə mexanizmlərinin tələblərinə cavab verməsi mahiyyəti kəsb edir. Həmin dəyişikliklərə əsasən, ölkəmizin siyasi idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulmuşdur. Hər iki yüksək dövlət postuna təyinatın Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilməsi konstitusion norma olaraq müəyyən edilmişdir. Əminəm ki, vitse-prezidentlik institutunun təsisi, prezidentlik institutunun gücləndirilməsi daha yüksək effektiv fəaliyyətə gətirib çıxaracaq ki, bu da həm milli təhlükəsizliyimizin əsasını yaradacaq, həm də inkişafımızı daha da sürətləndirəcək. Dünya təcrübəsindən məlumdur ki, bütün demokratik ölkələrdə Konstitusiya zamanı gəldikdə dəyişikliklərə məruz qalır. İstər aparıcı Qərb dövlətlərinin, istərsə də qonşu ölkələrin nümunəsi əsas qanunların doqma olmadığını, onların dinamik olaraq dəyişilə bildiyini göstərir. Beləliklə, zaman keçdikcə ortaya yeni reallıqlar çıxır və bunlar da Konstitusiyada öz əksini tapmalıdır"

"Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər günün reallığı, günün tələbi, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir. Əslində bu, cəmiyyətdən gələn sosial sifarişlər və dövrün tələbləri nəzərə alınmaqla dəyişikliklərə gedilməsi həm zəruri, həm də faydalıdır. Təklif edilən dəyişikliklər öz məzmununa və mahiyyətinə görə dövlətin əsaslarının möhkəmləndirilməsi; vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsi və onların hüquqi çərçivəsinin, başqa sözlə desək, əhatə dairəsinin və hüdudlarının müəyyən edilməsi; ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilməsi, yerli özünüidarənin məsuliyyətinin artırılmasından ibarətdir. İlk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirir"- deyə, təşviqat qrupunun İsmayıllı rayon şöbəsinin sədri qeyd edib.

Natiq söyləyib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər hər biri mütərəqqi xarakter daşıyır və daha çevik idarəetmə sisteminin formalaşdırılmasına təkan verəcək: "Bununla da Azərbaycanın həyatında yeni mərhələ başlayacaq, biz gələcəkdə Azərbaycanda daha optimal, effektiv idarə etmənin şahidi olacaq, həmçinin insan hüquq və azadlıqlarının daha effektiv təminatının şahidi olacağıq.Ümidvarıq ki, İsmayıllı seçiciləri bu islahatlara səs verəcək".

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin dekanı, hüquq elmləri doktoru Əmir Əliyev bildirib ki, son 25 ildə həyata keçirilən məqsədyönlü strategiya nəticəsində Azərbaycan müstəqil siyasət yürütməyə qabil, dayanıqlı iqtisadi sistemə malik, müasir, özünü təmin edən, dinamik inkişaf yolu ilə inamla irəliləyən və beynəlxalq birliyin layiqli üzvü olan nüfuzlu ölkəyə çevrilib: " Lakin son bir neçə ilin təcrübəsi göstərir ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə müəyyən edilmiş dövlət və iqtisadi idarəetmə mexanizmləri ölkənin hazırkı inkişaf səviyyəsində çevik qərarların qəbul olunmasını və onların səmərəli icrasını, optimal idarəetməni təmin etmək, habelə bürokratiya və digər mənfi halları daha qətiyyətlə aradan qaldırmaq məqsədilə təkmilləşdirilməlidir. Azərbaycan Konstitusiyasına təklif edilən bir sıra dəyişikliklər səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasını, icra hakimiyyəti şaqulisinin və icra intizamının möhkəmləndirilməsini nəzərdə tutur.Konstitusiyaya təklif olunan dəyişikliklər son illərdə siyasi, sosial-iqtisadi və hüquqi sahələrdə baş vermiş intensiv yenilikləri əks etdirir. Bu təşəbbüs dövlət idarəçiliyinin təkmilləşməsinə, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılmasına, həyata keçirilən islahatların dərinləşməsinə və səmərəliliyinin təmin olunmasına yönəlmişdir"

Hüquq elmləri doktoru, professor Əfsər Sadıqov isə çıxışında qeyd edib ki, təklif olunan əlavə və dəyişikliklərdə yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu çevik və səmərəli idarəçiliyin təmin edilməsi üçün əlverişli mexanizm kimi beynəlxalq təcrübədə də özünü doğruldub: " Vitse-prezident vəzifələrinin təsis edilməsi Azərbaycanda prezident üsul-idarəsinin təkmilləşdirilməsini, onun müasir çağırışlara adekvatlığını, fors-major vəziyyətlərdə dövlət idarəçiliyi mexanizminin optimal funksionallığını təmin etmək məqsədindən irəli gəlir, iqtisadi islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə xidmət edir. Həmçinin yeni institutun formalaşdırılması ilə Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra mexanizmi dəqiqləşir. Prezidentlik müddətinin 5 ildən 7 il müddətinə artırılması 5 ildə 3 seçki (prezident, parlament, bələdiyyə) keçirilən Azərbaycanda gərgin seçki prosesinin intensivliyinin azaldılması, vətəndaşların təkcə siyasi deyil, həm də iqtisadi, sosial, humanitar və digər sahələrdə fəallığına şərait yaradılması, əlavə büdcə xərclərinə qənaət edilməsi məqsədi daşıyır. Digər tərəfdən, bunun bəyan olunmuş islahatlar kursuna, gələcək üçün nəzərdə tutulmuş strateji vəzifələrin, iqtisadi inkişaf və sosial rifah proqramlarının vaxtında və tam həcmdə icrasına təminat verəcəyinə əminlik vardır. Bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 6-7 il müəyyən olunub. Hazırda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərə əsasən, yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu xüsusilə iqtisadi islahatların davamlılığını təmin etmək və bu sahədə qəbul olunmuş qərarların tam həcmdə icrasını həyata keçirmək üçün optimal idarəçilik mexanizmi kimi ayrı-ayrı ölkələrin təcrübəsində öz həyatiliyini təsdiq edib. Bundan başqa, dəyişikliklərə və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin tənzimləyici funksiyasının sərhədləri dəqiq müəyyən edilir, sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi liberallaşdırılır. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir. Tənzimləmənin konkret məqsədi aydınlaşır və həmin məqsədə xidmət etməyən bu və ya digər qaydalar lazımsız hesab edilir. Eyni zamanda, xüsusi mülkiyyətin sosial funksiyaları vurğulanır, onun cəmiyyətə ziyan vurmaq imkanları məhdudlaşdırılır. Təklif edilən dəyişikliklər vətəndaşların, o cümlədən sahibkarların dövlət məmurlarının özbaşınalıq, qanuna zidd davranışlarından qorunmasına əlavə təminat yaradır. Dəyişikliklər qəbul edildikdə, bu maddəyə əlavələr digər qanunlarda da inkişaf etdiriləcəkdir. Həmçinin bələdiyyələrin və onların vəzifəli şəxslərinin vətəndaşlar qarşısında məsuliyyəti artırılacaq.

Tədbirdə çıxış edən rayon təşkilatı Qadınlar Şurasının sədri Xuraman Qurbanova, seçicilər Aydın Əzizov, İradə Nağıyeva, Əkrəm Əhmədov, Ağalar Bədəlov və digərləri bildirdilər ki, təklif edilən dəyişikliklər öz məzmununa və mahiyyətinə görə dövlətin əsaslarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsi və onların hüquqi çərçivəsinin, başqa sözlə desək, əhatə dairəsinin və hüdudlarının müəyyən edilməsi, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilməsi, yerli özünüidarənin məsuliyyətinin artırılmasından ibarətdir.

Onlar çıxışlarında 26 sentyabr 2016-cı il tarixində həmrəylik nümayiş etdirərək seçki məntəqələrinə gəlib, Konstitusiyaya edilən əlavə və dəyişikliklərə öz müsbət münasibətlərini bildirərək "hə" deyəcəklərini qeyd ediblər.

Siyəzən rayonu

Referendum üzrə " Yeni Azərbaycan" təşviqat qrupu Yeni Azərbaycan Partiyasının (YAP) Siyəzən rayon təşkilatının qərargahında rayonun qadın seçiciləri ilə görüş keçirib. Görüşdə ilk çıxış edən YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, ölkəmizdə sentybarın 26-da Referendum keçiriləcək. Onun sözlərinə görə, Konstitusiyaya təklif edilən əlavə və dəyişiklər həm dövlətimizin, həm dövlətçiliyimizin inkişafına, həm də xalqımızın rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynayacaq: "Biz Referendum Aktına səs verməklə gələcəyimizi dəyi.ə bilərik. Buna görə bütün seçiciləri səsvermə günü aktiv olub, Referendum Aktına "hə" deməyə şağırıram".

Daha sonra çıxış edən millət vəkili Tahir Süleymanov Azərbaycan Konstitusiyasına təklif olunan əlavə dəyişikliklər haqqında gedniş məlumat verib. Onun sözlərinə görə, konstitusiyaya ediləcək əlavə və dəyişiklərlə bağlı referendumun keçirilməsi təşəbbüsü dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsidir: "Son illər ərzində ölkəmizdə bütün sahələrdə dinamik inkişafın müşahidə olunur və bu səbəbdən qanunvericilik bazasının təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər böyük siyasi əhəmiyyətə malikdir. Bu təşəbbüsün Azərbaycanın növbəti uğurlarına hədəflənib. Cəmiyyət inkişaf etdikcə konstitusiyada əlavə və dəyişikliklər etmək zərurəti yaranır. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər 29 maddəni əhatə edir. Bunlardan 23-ü müvafiq maddələrin dəyişiklikləri, 6-sı isə yeni əlavələri nəzərdə tutur. Dəyişiklik və əlavələrdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, qanunvericilik və icra hakimiyyətində idarəetmə sisteminin təkmilləşdirilməsi və digər məsələlər öz əksini tapmışdır.Azərbaycan cəmiyyətinin daim inkişaf etdiyini və bu inkişafın nəticəsi olaraq cəmiyyətimizdə daha mütərəqqi və təkmilləşdirilmiş qanunların tətbiq edilməsi zərurətinin yarandığını qeyd etdi. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı referendum aktı layihəsinin yüksək əhəmiyyətini vurğuladı. O. müxtəlif illərdə konstitusiyaya edilən əlavə və dəyişikliklərin xalqımızın dəstəyi ilə qəbul edildiyini və növbəti referendumun da məhz xalqımız tərəfindən yüksək etimadla baş tutacağına əminliyini ifadə edib".

Daha sonra YAP Siyəzən Qadınlar Şurasının sədri Ramilə Seyidova və Siyəzən şəhər 2 saylı tam orta məktəbin müəllimi Səadət Əsədullayeva çıxış edərək qadın seçiciləri sentyarın 26-da səsvermə məntəqələrinə səsverməyə səsləyiblər.

Gəncə şəhəri

Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Gəncə şəhər şöbəsinin Tədbirlər Planına uyğun olaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirib. YAP Gəncə şəhər Təşkilatında keçirilən görüşdə millət vəkilləri, ziyalı qadınlar, partiya fəalları, gənclər və ictimaiyyət nümayəndələri, ümumilikdə 500 nəfərə yaxın seçici iştirak edib.

Tədbiri "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Naqif Həmzəyev açaraq seçiciləri salamlayıb, ölkəmizin mühüm tarixi hadisə ərəfəsində olduğunu bildirib. O qeyd edib ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi müasir dövrümüzün inkişaf perspektivlərini müəyyənləşdirir və insanların daha firavan həyat tərzini şərtləndirir: "Bu gün hansı sahəyə baxsaq, güclü Azərbaycanın və regionların sürətli tərəqqisi diqqət çəkir.Ölkəmizdə qazanılan görkəmli nailiyyətlər, demokratik, hüquqi islahatlar sahəsində əldə edilən uğurlar, beynəlxalq aləmdəki nüfuz və digər sahələrdəki yüksəlişlər hər zaman yeniləşməni, təkmilləşməni bir tələb kimi qarşıya qoyur. Referendum Aktı ölkədə Azərbaycan Konstitusiyası tərəfindən təminat verilmiş demokratizmin inkişafını nəzərdə tutur ki, buraya vətəndaşların şəxsi həyatı haqqındakı məlumatların qorunması, öz hüquqlarını tələb etmək mexanizmlərinin gücləndirilməsi kimi məsələlər daxildir.Referendum Aktı vasitəsilə Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər Azərbaycan dövlətçiliyini möhkəmləndirəcək, Azərbaycan vətəndaşının hüquqlarını genişləndirəcək, ölkənin beynəlxalq nüfuzunu daha da yüksəldəcək və dövlət müstəqilliyinin iyirmi beş illiyi ərəfəsində keçirilən ümumxalq səsverməsi yeni Referendum Aktının tarixi missiyasının gerçəkləşməsi istiqamətində xalqımızın siyasi-mənəvi iradəsini bir daha nümayiş etdirəcək. Prezident cənab İlham Əliyevin Konstitusiyaya təklif etdiyi dəyişikliklər dövlətimizin daha da güclü olması, xalqımız üçün daha geniş imkanların yaradılması baxımından çox önəmlidir. Sizləri Prezidentimizin ətrafında yumruq kimi sıx birləşməklə, 26 sentyabrda "Həmrəy olaq, Hə deyək!" devizinə dəstək olmağa səsləyirəm".

Millət vəkili Musa Quliyev qadınlarla görüşün xoş bir günə - Beynəlxalq Gözəllik Gününə təsadüf etdiyini vurğulayaraq, bütün qadın seçiciləri təbrik edib,onlara gözəllik, gümrahlıq, sağlamlıq və cəmiyyətdə daha fəal olmağı arzulayıb.

Vitse-prezidentlik institutunun yaradılması məsələsinə toxunan millət vəkili qeyd edib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər siyasi sistemin daha da möhkəmləndirilməsi ilə yanaşı, müasir çağırışlara cavab verən idarəetmə modelini də yaratmış olacaq,Azərbaycanda çevik və radikal qərarlar qəbul etməyə imkan verən təkmil dövlət idarəçiliyi sistemi formalaşdırılacaq.Vitse-prezidentlik institutu idarəçiliyin operativliyini daha da artıracaq, dövlətçiliyi möhkəmləndirəcək, Prezidentin qəbul etdiyi sərəncamların, fərman və qərarların hökumət tərəfindən vaxtında icra olunmasına nəzarəti artıracaq. Bu, hakimiyyətin daha möhkəm, davamlı olması, arıdıcıllığın gözlənilməsi üçün idarəetmədə çox vacib bir institutdur. Bütövlükdə, vitse-prezidentlik institutunun yaradılması Konstitusiyaya edilən dəyişikliklərin çox mühüm tərkib hissəsidir və Azərbaycan dövlətinin öz inkişafında artıq yeni bir mərhələyə qədəm qoymasından xəbər verir.

Azərbaycanın böyük seçki təcrübəsinə malik olduğunu deyən AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev qeyd edib ki, ölkəmizdə 25 il müddətində 6 prezident, 5 parlament, 4 bələdiyyə seçkiləri keçirilib.Hazırda Konstitusiyaya təklif edilən dəyişikliklər Azərbaycan cəmiyyətini indiki reallıqlara uyğunlaşdırmaq, ölkəmizi daha da irəli aparmaq məqsədi daşıyır. Bu dəyişikliklər eyni zamanda, insan hüquqlarının qorunmasına xidmət edir. Bu baxımdan düşünürəm ki, hər kəs sentyabrın 26-da seçkilərdə daha fəal olub, öz gələcəyinin inkişafına dəstək olacaq. Ölkəmizin geniş seçki təcrübəsi var və xalqımız dəfələrlə bu seçkilərdə fəal iştirak etməklə, azad sözünü açıq şəkildə bildirmək imkanına malikdir. Bu baxımdan düşünürəm ki, bütün seçkiləri qələbə ilə başa vuran gəncəlilər sentyabrın 26-da keçiriləcək referendumda da iştirak edib, müsbət rəylərini bildirəcəklər.

Millət vəkili Pərvin Kərimzadə çıxışında Azərbaycan qadınlarının cəmiyyətdə aparıcı qüvvə olduğuna diqqət çəkərək, onların dünyanın ən mötəbər məclislərində öz sözlərini cəsarətlə bildirdiklərini,Azərbaycanı şərəf və ləyaqətlə təmsil etdiklərini dilə gətirib. O vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycan qadınlarını lideri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri, yorulmaz fəaliyyəti dünya qadınlarına örnəkdir. Millət vəkili onu da deyib ki, qadınlarımızın ağıllı mövqeyinə, müdrik addımlarına, yüksək fəallığına inanırıq: "Ümumiyyətlə, qadın həm də anadır, tərbiyəçidir və cəmiyyətdə fəal mövqe sahibidir. Çünki o, övladlarının xoşbəxtliyi, səadəti haqqında düşünür, cəmiyyətin yüksəlişi naminə addımlar atır. Gəncəli xanımlar hər zaman ulu öndər Heydər Əliyevin siyasətini sədaqətlə dəstəkləyiblər,ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşiblər.Pərvin Kərimzadə bütün qadınları sentyabrın 26-da seçki məntəqəsinə səsləyərək,müstəqilliyimizin əbədiliyinə, sarsılmazlığına, Vətənimizin daha da güclü və qüdrətli olmasına səs verməyə çağırıb".

Çıxış edən qadın seçiciləri Referendum Aktını dəstəklədiklərini və səsvermə günü həmrəy olub "HƏ" deyəcəklərini bildiriblər.

Şəki rayonu

Referendum üzrə "Yeni Azərbaycan"təşviqat qrupunun növbəti yığıncağı Şəki rayonunda baş tutub. Görüş təyinatı üzrə Turan qəsəbəsinin mərkəzindəki boş sahədə keçirilib. 200 seçicinin iştirak etdiyi görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Həsən Həsənov Konstitusiyaya təklif olunan müvafiq əlavə və dəyişikliklərlə bağlı məlumat verib.

O bildirib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir: "Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var. Bu baxımdan bütün seçiciləri Gələcəyimizin təmantı olan Referendum Aktına səs verməyə çağırıram. Gəlin Referenduma "həmrəy olaq, HƏ deyək".

Daha təşviqat qrupunun üzvləri Sədrəddin Babayev, Nuralı Çələbiyev çıxış edərək söyəyiblər ki, Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Natiqlərin sözlərinə görə, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq.

Görüşdə seçiciləri maraqlandıran suallar da cavablandırılıb.

Zəngilan rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Zəngilan rayon şöbəsi seçicilərlə görüş keçirib. Görüşdə təşviqat qrupunun səlahiyətli nümayəndəsi, millət vəkili İmaverdi İsmayılov, Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov və digərləri iştirak edib.

Tədbirdə ilk çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov iştirakçılara ölkə başçısı tərəfindən təklif olunan Konstitusiyaya əlavə və dəyişikliklər haqqında məlumat verib. O bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, qoşulduğu konvensiyalar, həyata keçirdiyi regional layihələr dövlətin Konstitusiyasında müəyyən dəyişikliklərin edilməsini vacib edir: "Əgər hər hansı bir dövlətin konstitusiyasında dəyişiklik edilirsə, demək inkişafdan irəli gəlir. Biz dövlətimizin gələcək inkişafına səs verməliyik. Bütün seçiciləri sentyabrın 26-da seçki məhtəqələrinə gələrək Referendum Aktını dəstəkləməyə çağırıram".

Təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili İmamverdi İsmayılov seçicilərə Referendum Aktında yer alan müddəaların mahiyyətini izah edib: "Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlət təhlükəsizliyinin təminatında, sabitliyin qorunmasında müstəsna rol oynayacaq. Bu mənada, zərurətdən irəli gələrək Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi vacibdir. Referendum Aktı dövlətimizlə yanaşı, xalqımızın gələcək inkişafının təminatçısı olacaq. Bütün zəngilanlları büün seçkilərdə olduğu kimi bu seçkilərdə də fəal iştirak etməyə, Referendum "hə" deməyə dəvət edirəm".

Daha sonra çıxış edən Qarabağ Müharibəsi Veteranı Ənvər Məmmədov, gənc seçici Tünzalə Nuriyeva seçicilərin 26 sentyabrda seçki məntəqələrinə gələrək, əlavə və dəyişikliklərə "HƏ" deməyə səsləyiblər.

Ucar rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayonunun Lək kəndində seçicilərlə görüş keçirilib. Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışıb. O bildirib ki, Referendum Aktında yer alan müddəların hər biri dövlətimizin və dövlətçiliyimizn inkişafına istiqamətlənib. Bu baxımdan bütün seçiciləri Referendum Aktını dəstəkləməyə dəvət edirəm".

Təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Vüsal Hüseynov çıxış edərək Konstitusiyada əlavə və dəyişikliklərin edilməsi məqsədilə sentyabrın 26-da referendum keçirilməsini günün və zamanın tələbi olduğunu vurğulayıb: " Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlət təhlükəsizliyinin təminatında, sabitliyin qorunmasında müstəsna rol oynayacaq. Bu baxımdan hər kəsi səsvermə günü məntəqələrə gəlib Referendum Aktını dəstəkləməyə çağırıram".

Rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov, Lək kənd sakini Sevda Abdullayeva çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə "hə" deyəcəklərini bildiriblər.

Sumqayıt şəhəri

Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Sumqayıt şəhərində seçicilərlə görüşü keçirilib. Yeni Azəraycan Partiyası Sumqayıt Şəhər təşkilatında baş tutan görüşdə Yeni Azərbyacan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev, millət vəkilləri, Tahir Mirkişili, Muxtar Babayev, Mirzəcan Xəlilov iştirak ediblər.

Görüşdə ilk çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev qonaqları salamlayaraq, seçicilərə sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi-referendumla bağlı məlumat verib. O bildirib ki, referendumla bağlı təbliğat işləri lazımi səviyyədə qurulub. Onun sözlərinə görə, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ölkəmizin gələcək inkişafında mühüm rola malik olacaq: "Hörmətli Sumqayıt seçiciləri sizi dövlətimizin işıqlı gələcəyinə səs verməyə çağırıram".

Daha sonra çıxış edən millət vəkili Tahir Mirkişili Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan cəmiyyətinin müasir reallıqlarına uyğunlaşdırmaq, ölkəmizi daha da irəli aparmaq məqsədi daşıdığını bildirdi.

Görüşdə söz alan deputat Muxtar Babayev qeyd edib ki, Referendum Aktı idarəçilikdə yeni islahatlara təkan verəcək, Azərbaycana daha da uğur gətirəcək.

Millət vəkili Mirzəcan Xəlilov isə seçicilərə müraciət edərək, onları sentyabrın 26-da keçiriləcəkseçkilərdə fəal iştirak edib, gələcək müqəddaratımızı təyin edəcək mühüm dəyişiklikliyə səsverməyə dəvət edib.

Göyçay rayonu

Bu gün Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Göyçay rayon şöbəsi Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Şəkər kəndində seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov açaraq, Konstitusiyaya nəzərdə tutalan əlavə və dəyişikliklə bağlı məlumat verib və ümumilikdə bütün dəyişikliklərin xalqımızın həyatında önəmli yer tutacağını dilə gətirib. O bildirib ki, sözügedən əlavə və dəyişikliklərdə nəzərdə tutulan yeni maddələr ölkəmizdə daha da effektiv, çevik idarəolunmanı şərtləndirəcək.

Tədbirdə yerli təşviqat qrupunun üzvlərindən Z.Əliyeva , P.Salahova, R.Hüseynov,C.Rəhimov, A.Nəbiyeva həmçinin millət vəkilləri Elman Nəsirov və Sabir Hacıyev iştirak ediblər.

Natiqlər öz çıxışlarında bildiriblər ki, Konstitusiyada islahatların aparılmasının zəruriliyi siyasi-ictimai, sosial-iqtisadi və s. sahələrdə inkişafın dinamikası ilə birbaşa əlaqəlidir.

Bu gün Azərbaycan sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə mərhələsindədir ki, əldə olunan fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirir. Referendum Aktında əksini tapan əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır.

Çıxışçılar təklif olunan əlavə və dəyişikliklərin cəmiyyət və xalq tərəfindən birmənalı dəstəklənəcəyini vurğulayıblar.

Sonda YAP Göyçay rayon təşkilatının sədri S.Şükürov çıxış edərək 26 sentyabr 2016- cı ildə keçiriləcək referendumda bütün seçiciləri fəal iştirak edərək, Referenduma "Hə"deməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə