Cəlilabad rayonu
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Cəlilabad rayon şöbəsi seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, 26 sentyabr 2016-cı ildə keçiriləcək referendumla əlaqədar "Yeni Azərbaycan" təşviqat qrupunun vəkil edilmiş şəxslərinin iştirakı ilə Cəlilabad rayonunun yaşayış məntəqələrində təbliğat-təşviqat tədbiləri davam edir. Bu gün Xanəgah kəndində bu əraziyə yaxın yaşayış məntəqələri seçicilərinin də iştirakı ilə təbliğat-təşviqat tədbiləri çərçivəsində yığıncaq keçirilib. Yığıncaqda "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Mirkazım Kazımov və YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı iştirak ediblər.
Seçicilərlə görüşü YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açaraq 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendum barədə məlumat verib. O, Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulmuş əlavə və dəyişikliklər barədə seçicilərə qısa məlumat verərək onları seçki günü fəal olmağa, ölkəmizin inkişafı naminə Referendum Aktına "HƏ" deməyə çağırıb.
"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Mirkazım Kazımov seçicilər qarşısında çıxış edərək Respublika Konstitusiyasına edilməsi nəzərdə tutulmuş əlavə və dəyişikliklər barədə seçicilərə ətraflı məlmumat verib və qeyd edib ki, qloballaşmış dünyada və ölkəmizdə baş vermiş dəyişikliklər və inkişaf, beynəlxalq aləmdəki yeniliklər, ölkəmizin qarşısında duran hədəflər və digər səbəblər referendumu zəruri edir. O, dünyada və ölkəmizdə baş vermiş dəyişikliklər və inkişaf barədə, habelə ölkə Konstitusiyasına edilməsi nəzərdə tututlmuş ayrı-ayrı müddəalar barədə seçiciləri məlumatlandırıb, seçicilərin suallarını konkret faktlarla cavablandırıb, həmçinin əminlik ifadə edib ki, cəlilabadlı seçicilər referendumda fəal iştirak edəcək, səsvermədə "HƏ" deyəcək, cəlilabadlıların sevimlisi Prezident İlham Əliyevin ətrafında daha sıx birləşdiklərini bir daha nümayiş etdirəcəklər.
Xanəgah kəndində keçirilən tədbirdə çıxış edən Xanəgah kənd xəstəxanasının baş həkimi Malik Əliyev, Abazallı kənd məktəbinin müəllimi Əliqəmə Abbasov, təqaüdçü Dilavər Cəfərov, Şatırlı kənd məktəbinin müəllimi Zülfü Məcidov, Mikayıllı kənd məktəbinin direktoru Ramin Şükürov, Qarakazımlı kənd məktəbinin müəllimi Böyüş Hüseynov, Əsədli kənd məktəbinin direktoru Aydın Nuriyev və başqaları çıxış edərək 26 sentyabr 2016-cı ildə keçiriləcək referendumda ailə üzvləri ilə birlikdə fəal iştirak edəcəklərini bəyan etdilər, bütün seçiciləri referendum məntəqələrinə gələrək referenduma "HƏ" deməyə səslədilər və yaşayış məntəqələrində referendumla bağlı seçicilər arasında təbliğatı işi gücləndirəcəklərini bəyan etdilər. Tədbirdə konstitutsiya əlavə və dəyşikliklərin xalqın daha demokratik cəmiyyətdə yaşamasının təminatı olduğu vurğulandı, tədbir "Həmrəy olaq, HƏ deyək" şuarı ilə sonlandırıldı.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB