Qazaxıstanın Baş naziri Kərim Məsimov tutduğu vəzifədən azad edilərək Milli Təhlükəsizlik Komitəsinin sədri təyin olunub. Baş nazir vəzifəsini isə müvəqqəti olaraq Bakıdjan Sagintayev icra edəcək. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu barədə məlumat Qazaxıstan prezidentinin rəsmi saytında dərc olunub.
Məlumatda, həmçinin bildirilir ki, Milli Təhlükəsizlik Komitəsinin sabiq başçısı Vladimir Jumakanov Nursultan Nazarbayevin məsləhətçisi vəzifəsinə təyin edilib. Hökumət isə yeni heyət formalaşana qədər səlahiyyətlərini icra edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB