Yavər Camalov İran səfiri ilə görüşüb

Yavər Camalov İran səfiri ilə görüşüb

Müdafiə sənayesi naziri Yavər Camalov İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşüb. Müdafiə Sənayesi Nazirliyindən SİA-ya bildiriblər ki, görüşdə Y.Camalov Azərbaycan ilə İran arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Nazir iki ölkə arasında bir çox sahələri əhatə edən mövcud əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Söhbət zamanı səfirə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə İranın Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi, polkovnik Əli Seyfi də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə