Müdafiə nazirlərinin görüşü keçirilir

Müdafiə nazirlərinin görüşü keçirilir

Londonda BMT-nin sülhməramlı əməliyyatları mövzusunda müdafiə nazirlərinin görüşü keçirilir. SİA-nın məlumatına görə, görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edir.

Tədbir Böyük Britaniyanın müdafiə naziri Maykl Fallonun sədrliyi ilə keçirilir. Bu görüş ötən ilin sentyabrında BMT-nin baş katibi Pan Gi Mun və ABŞ Prezidenti Barak Obama tərəfindən 50-ə yaxın ölkə başçısı ilə dünyada sülhməramlılığın qorunmasına dair keçirilən görüşün davamı və bu sahədə görülən qlobal işlərin daha da sürətləndirilməsi xarakteri daşıyır.

Görüşdə 80-ə yaxın ölkənin müdafiə naziri iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə