Janna Aleksanyan: "Əsgər ölümü ilə bağlı heç kim məsuliyyət daşımır" İTTİHAM

Janna Aleksanyan: "Əsgər ölümü ilə bağlı heç kim məsuliyyət daşımır" İTTİHAM

"Son üç gündə sülh şəraitində orduda üç hərbi qulluqçu həlak olub". SİA-nın məlumatına görə, bu bardə Ermənistanın birinci kanalına müsahibəsində orduda ölüm faktlarını araşdıran hüquq müdafiəçisi, Janna Aleksanyan həyacanlı şəkildə deyib.

O, qeyd edib ki, sülh şəraitində orduda qəsdən adamöldürmə halları və intiharların sayı heç də azalmayıb. Aprel müharibəsi zamanında olduğu kimi hazırkı dövrdə də hərbi qanunvericilikdən kənar ölüm hallarının mövcud olduğunu deyən hüquq müdafiəçisi bildirib ki, belə vəziyyətin davamlı xarakter almasına səbəb hərbi cinayətkarların cəzasız qaımalarıdır: "Əgər vaxtında cinayətlərin üstü açılsaydı və cinayətkarlar cəzalarını alsaydı, indi orduda bu cür vəziyyət yaşanmazdı".

Aleksanyanın fikrincə, müdafiə nazirliyi əsgər ölümləri ilə bağlı izahat verməlidir. Lakin nazirlik bundan qaşır, ya da burada hansıas daxili razılaşmalar mövcuddur.

"Bəs hanı hərbi prokuratura...? Mən əsgər ölümü ilə bağlı bir dənə də olsun yüksək çinli zabitin məsuliyyət daşıması faktını ortaya qoya bilmirəm. Sadəcə, heç kim məsuliyyətə cəlb olunmur"-deyə erməni hüquq müdafiəçisi vurğulayıb.

Janna Aleksanyan deyib ki, belə cinayətlərin üstünün açılması ilk növbədə ordu üçün sərfəlidir. Məhz bu halda silahı qüvvələr daxilində cinayətlərə son qoyula bilər.

"Deputatlar gündə bəyan edirlər ki, hər kəs orduda xidmət etməlidir. Lakin onlar bir dəfə də ordunun daxilində baş verənlərlə bağlı fikirləşsinlər. Bax, onda hər kəs könüllü şəkildə ordu xidmətinə yollanacaq".

Hüquq müdafiəçisi mövcud vəziyyətdə orduya çağırış məsələsində də ciddi proqblemlər yaşandığını deyərək, bunu silahlı qüvvələrdəki ölüm halları ilə olduğunu əlaqələndirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə