Bu gün Qusar şəhərində 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla əlaqədar "Yeni Azərbaycan" və "Bələdiyyə" Təşviqat qruplarının səlahiyyətli nümayəndəsi və üzvlərinin şəhər seçiciləri ilə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Milli Məclisinin deputatı Azər Badamov, "Yeni Azərbaycan" Təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quluyev, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov və Qusar Bələdiyyəsinin sədri Əlfəddin İbrahimov iştirak ediblər.
Natiqlər dərin və mənalı çıxışlarında seçiciləri Azərbaycan Respublikasının Konstitusiyasında ediləcək dəyişiklərin və əlavələr haqqında ətraflı məlumatlandıraraq onları bir nəfər kimi 26 sentyabr tarixdə seçki məntəqələrə gəlməyə və referendumda aktiv iştirak etməyə çağırıblar.
Görüşdə iştirak edən seçicilər birmənalı olaraq Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasəti daim dəstəklədiklərini və 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda iştirak edərək Konstitusiyada ediləcək dəyişik və əlavələrə səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB