Bu gün 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumla əlaqədar "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Biləsuvar rayonunun Ağayrı kəndində seçicilərlə görüşü keçirilib. Görüşdə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak edib.
Görüşü YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açaraq 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda nəzərdə tutulmuş əlavə və dəyişikliklər haqqında danışıb. O bildirib ki, nəzərdə tutulan bütün dəyişikliklər ölkəmizin uğurlu inkişafına hesablanıb: "Təklif olunan əlavə və dəyişiklərin hər biri ayrı-ayrılıqda xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək. Biz öz gələciyimizi düşünrək addım atmalı, seçkilərdə aktiv olub, Referendum aktına "hə" deməliyik".
Daha sonra çıxış edən Vüqar Rəhimzadə əlavə və dəyişikliklərin hər birinin mahiyyəti barədə seçicilərə məlumat verib: "Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər iqtisadi idarəçiliyin təkmilləşməsi, təhlükəsizlik sisteminin möhkəmlənməsi və insan hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirir. Ümid edirəm ki, seçki günü hər kəs öz seçki hüququndan istifadə edərək Azərbaycanın inkişafı naminə səs verəcək"
Görüşdə seçicilərdən Əliyev Allahşükür, Şirinov İnşallah çıxış edərək təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini, seçkilərdə fəal olub Referendum Aktına səs verəcəklərini qeyd ediblər.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB