Akif Nağı: “Ermənistana hələlik belə bir təzyiq yoxdur” AÇIQLAMA

Akif Nağı: “Ermənistana hələlik belə bir təzyiq yoxdur” AÇIQLAMA

"Ümumiyyətlə? mən hər zaman ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü ilə bağlı bədbin, pessimist proqnozlar verirəm. Bütün bunlar da həmişə özünü doğruldur. Çünki bu gün hələlik hansısa müsbət bir nəticəyə ümid etməyə dəyməz". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Ermənistan öz mövqeyindən geri çəkilmir və vəziyyəti olduqca ağırdır: "Təbii ki, rəsmi İrəvanın öz mövqeyindən geri çəkilməsi üçün ya Rusiya tərəfindən, ya da beynəlxalq təşkilatlar tərəfindən ciddi təzyiq olmalıdır. Amma təəssüf ki, hər iki tərəfdən də Ermənistana hələlik belə bir təzyiq yoxdur. Son günlərdə bildiyiniz kimi böyük dövlətlərin G-20 sammiti keçirildi. Orada da bəzi məsələlər müzakirə olundu. Çox təəssüf ki, həmin sammitdə Qarabağ məsələsi müzakirə olunmadı. Orada müxtəlif ikitərəfli görüşlər də oldu və Suriya, Ukrayna məsələsi gündəliyə yatırıldı. Bir sözlə həmsədrlərin görüşündə ciddi bir nəticəyə ümid etməyə dəyməz".

Bütün xəbərlər Facebook səhifəmizdə