“Hraparak”: “Ovik Abramyanın işçiləri – biriləri zənginləşir, biriləri isə mühacirət edir”

“Hraparak”: “Ovik Abramyanın işçiləri – biriləri zənginləşir, biriləri isə mühacirət edir”

"Ovik Abramyanın ətrafındakıların bəziləri çiçəklənir, bəziləri isə mühacirət edir". SİA xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.

Nəşrin yazığına görə, baş nazirin sürücüsü Qriqor Gevorkyan (Qokor) bire neçə ay qabaq qızını doğulduğu Artaşat rayonunun Mrqavet kəndində uşaq bağçasının müdirəsi təyin etdirib. Qriqor Gevorkyanın atası isə həmin bağçanı tam şəkildə təmir edib.

Qəzet yazır ki, Gevorkyanlar ailəsinə "Çudnıy sad" (Möcüzəvi bağ) restoranı da məxsusdur və həmin iaşə obyektində arada baş nazir Ovik Abramyan da baş çəkir.

Lakin baş nazirin təhlükəsizlik xidmətinin rəhbəri Armet Zatikyan bir neçə ay öncə Ermənistanı tərk edərək, mühacirət edib. KİV-lər Zatikyanın mühacirətini onun maddi çətinliklərlə üzləşməsi ilə əlaqələndirir. Halbuki, Ovik Abramyanın çevrəsi inandırmağa çalışır ki, baş nazir öz işçilərinə "yaxşı görüm-baxım" edir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə