Azərbaycan nümayəndə heyəti Özbəkistanda

Azərbaycan nümayəndə heyəti Özbəkistanda

Sentyabrın 3-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti Özbəkistan prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, parlamentin komitə sədri Eldar İbrahimov, deputat Hüseynbala Mirələmov və digər rəsmi şəxslər daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə