Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq. SİA-nın səfirliyin məlumatına istinadən verdiyi xəbərə görə, artıq səfirlikdə dövlət bayrağı yarıya qədər endirilib. Ölkənin milli bayramı-dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə sentyabrın 6-da keçirilməsi nəzərdə tutulan mərasim də ləğv edilib.
Xatırladaq ki, İslam Əbdülqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. Prezidentin dəfn mərasimi bu gün Səmərqənddə keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB