Politoloq: "İrəvandakı tədbirin ləğvi Azərbaycan diplomatiyasının uğurudur" MÖVQE
"Ermənistanın təxribatçı məqsədlərlə Siyasi və Xarici siyasət məsələləri üzrə Mərkəzlə birlikdə 2-3 sentyabr tarixlərində İrəvanda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "müstəqilliyinin 25 illiyi" bəhanəsi ilə təşkil etməyə çalışdığı tədbirin ləğv edilməsi Azərbaycan diplomatiyasının uğurudur". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, düşmən ölkənin bu cür addım atmaq istəyi ağılsızlıqdan başqa bir şey deyil: "Bildiyiniz kimi Dağlıq Qarabağ statusu 1991-ci ilin noyabrın 26-da ləğv edilib. Belə olan halda, Ermənistan hansı ağılla onun 25 illiyini qeyd etmək istəyir? Bu, düşmən ölkənin rüsvayçılığını göstərir".
C. Nuriyev qeyd edib ki, ölkəmizin yürütdüyü siyasət Dağlıq Qarabağın qondarma rejimini hər tərəfli şəkildə küncə sıxışdırıb: "Ümumiyyətlə, Ermənistan bun cür addımlarla danışıqlar prosesinə təsir etməyə çalışır. Lakin Azərbaycan heç zaman bunu qəbul edə bilməz. Sözügedən tədbir publika üçün hesablanmış olsa da, Rəsmi Bakı onun həyata keçməsinə imkan verə bilməzdi. Bu tədbirin ləğv edilməsi konkret olaraq Azərbaycan Prezidenti İlham Əliyevin uğurudur. Çünki, ölkəmizin xarici siyasətini dövlət başçısı müəyyən edir. Xarici İşlər Nazirliyi isə icra edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB