Elinar Vardanyan: “Güc strukturlarını insan hüquqlarını pozmamağa çağırmışam” İTTİHAM
Ermənistan parlamentinin ictimai əlaqələr və insan hüquqları ilə bağlı komissiyasının sədri Elinar Vardanyan İrəvanda baş verən məlum iyul hadisələrindən sonra onlarla Ermənistan vətəndaşının hüquqlarının pozulduğunu deyib. SİA-nın məlumatına görə, 1in.am saytına açıqlama verən Vardanyan iyul hadisələrində atılması lazım olan addımlardan və parlamentin bu məsələdəki passivliyindən danışaraq bildirib ki, bəzi deputatlardan fərqli olaraq o, xalqın yanında olub: "Qeyd edilənlərlə yanaşı, mən onlarla hüququ pozulmuş vətəndaşların işləri ilə məşğul olmuşam və güc strukturlarını insan hüquqlarını pozmamağa çağırmışam".
Vardanyanın sözlərinə görə, iyul hadisələrində insan hüquqlarının kifayət qədər kobudcasına pozulması hallarına rast gəlinib. Parlament təmsilçisi hesab edir ki, insan hüquqlarının müdafiəsindən geri çəkilmək Ermənistanın dünyadakı nüfuzuna təsir edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB