Məlum olub ki, son günlər Ermənistan hökuməti aparatının rəhbəri, nazir David Arutunyala Nəzarət Palatasının sədri İşxan Zakaryan, eləcə də parlament üzvləri arasında kifayət qədər kəskin münasibətlər yaşanır. SİA xəbər verir ki, bu barədə "Aykakan Jamanak" qəzeti yazır.
Medianın yazdığına görə, hətta qarşıdurmalar o həddə qədər inkişaf edib ki, söz-söhbətlər prezident rezidentsiyasına qədər gedib-çıxıb. "Səbəb Nəzarət palatası ilə bağlı yeni qanun layihəsinin hazırlanmasıdır"-deyə qeyd edən qəzetdə həmçinin vurğulanır ki, həmin qanun layihəsi qısa zamanda parlamentdə müzakirə olunaraq qəbul ediləcək: "İşxan Zakaryan arzu edir ki, Nəzarət palatası maksimum şəkildə müstəqil olmaqla yanaşı, bu qurumun büdcə sərfiyyatları və s. yoxlamalar istiqamətindəki səlahiyyətləri də artırılmalıdır. O cümlədən, parlamentə tabeçiliyi də aradan qaldırılmalıdır.
Hökumət isə həm Nəzarət palatasının, həm də parlamentin səlahiyyətlərinin azaldılmasını, eyni zamanda büdcəyə nəzarətini yeni qanun layihəsi ilə aradan qaldırılmasını istəyir".
"Aykakan Jamanak"a görə, prezidentin rezidensiyası Konstitusiya məhkəməsinin sədri Qagik Arutunyanın vasitəçiliyi ilə hər üç qurum arasındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün onlar arasındakı səlahiyyətləti bərabər şəkildə bölməyi planlaşdırıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB