“Moskva və Vaşinqton bir-birinə güzəştə getməyəcək” Qarabağ məsələsində
ABŞ hər hansı məsələdə liderliyi Rusiyaya verməyəcək, Moskva isə Suriya və Qarabağda aparıcı rolu Vaşinqtona vermək istəmir.SİA-nın məlumatına görə, bunu rusiyalı deputat İqor Çernışenko deyib.
Onun sözlərinə görə, bu, qarşılıqlı bir prosesdir: "Rusiya liderlikdə güzəştə getmək istəmir. Aydındır ki, ABŞ da dünyanın istənilən nöqtəsindəki bütün siyasi və ərazi problemləri ilə bağlı məsələlərin həllində lider olmaq istəyir. Biz bunu çox gözəl bilirik".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bir neçə gün əvvəl ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlarda liderliyi Rusiyaya verməsinə inanmadığını deyib.
ABŞ dövlət katibi Con Kerrinin Moskvaya son səfəri zamanı Kremlə Suriya məsələsindən əlini çəkib Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində liderliyi üzərinə götürməsi barədə təklif edilməsinə dair sualı cavablandıran XİN rəsmisi bildirib: "İnanmıram ki, ABŞ hansısa məsələdə liderliyi Rusiyaya versin. Belə olsa, bu, əsl irəliləyiş olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB