Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov avqustun 23-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Kroftsu partiyanın mənzil qərargahında qəbul edib. SİA-nın yap.org.az-a istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.

Görüşdə, həmçinin, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib.

YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədri Siyavuş Novruzov görüşdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə