MSK YAP-ın nümayəndələrini təsdiq edib SƏS TV

MSK YAP-ın nümayəndələrini təsdiq edib SƏS TV

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən yaradılan "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun nümayəndələrinin təsdiq edilməsi məsələsinə baxılıb.

Əvvəlcə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvünün təsdiq edilməsi məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən Milli Məclisin deputatı Aydın Mirzəzadə məşvərətçi səs hüquqlu komissiya üzvü kimi təyin edilib. Məsələ MSK tərəfindən səsə qoyulub və A.Mirzəzadə məşvərətçi səs hüquqlu komissiya üzvü kimi təsdiq edilib.

Daha sonra "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsinə baxılıb. Hər iki məsələ səsə qoyularaq təsdiq edilib.

İclasda həmçinin "Bələdiyyə" və "Vətəndaş Cəmiyyəti" referendum üzrə təşviqat qruplarının qeydə alınması məsələsinə baxılıb. Bu barədə MSK-nın katibi Arifə Muxtarova bildirib.

O qeyd edib ki, 2016-cı il sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün bələdiyyələr tərəfindən yaradılmış "Bələdiyyə" və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən yaradılmış "Vətəndaş Cəmiyyəti" təşəbbüs qrupları imzatoplama kampaniyasını başa çatdırıb və qeydə alınması üçün MSK-ya təqdim edib.

Daha sonra məsələ səsə qoyulub və hər iki təşviqat qrupu qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə