Türkiyə hökumətinin dövlət çevrilişi cəhdində və terrorçuluqda ittiham etdiyi Fətullah Gülən deyib ki, Türkiyənin təqdim etdiyi materiallar ABŞ üçün yetərli deyil və heç bir qanuna əsaslanmır. Bu baxımdan, onun ekstradisiyası da mümkünsüzdür. SİA-nın məlumatına görə, FETÖ lideri bunu "Al Arabia"ya açıqlamasında bildirib.
"Hesab etmirəm ki, Amerika müvafiq qərar qəbul etsin"-deyə bildirən FETÖ lideri həmçinin deyib ki, yalnız Türkiyə ABŞ dairələrini aldatmağa nail olarsa, bu baş tuta bilər: "Artıq Türkiyə bir dəfə mənim həbsim üçün sorğu göndərib, lakin ABŞ məhkəməsi bu sorğunu rədd edib".
Fətullah Gülən iddia edir ki, Türkiyə tərəfindən göndərilən fayllarda heç bir əsaslı hüquqi ittihamlar yoxdur.
Xatırladaq ki, Türkiyə hökuməti FETÖ təşkilatını terror qurumu elan edib və bu təşkilatın lideri Fətullah Gülənin ABŞ-dan dərhal ekstradisiya olunmasını tələb kimi irəli sürüb. Lakin ABŞ məhkəmələri FETÖ liderinin həbs olunaraq Türkiyəyə göndərilməsi üçün əsaslı materiallar tələb edib. Türkiyə Gülənin cinayətkarlığını sübut edən çoxsaylı materialları və faktlara əsaslanmış dəlilləri ABŞ-a göndərsə də, amerikalılar bu materialları Gülənin ekstradisiyası üçün yetərli hesab etməyiblər.
Nəticədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan FETÖ lideri Fətullah Gülənin dövlət çevrilişi cəhdində ABŞ kəşfiyyatı və xüsusi xidmət orqanlarının əlinin olduğunu, o cümlədən, bu ölkənin Türkiyədə hakimiyyət dəyişikliyini reallaşdırması üçün digər çirkin niyyətli planlar hazırladığını bəyan edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB