Sədr müavini: “Əli Kərimli üçün əsas maliyyə mənbəyidir” MÜNASİBƏT

Sədr müavini: “Əli Kərimli üçün əsas maliyyə mənbəyidir” MÜNASİBƏT

"Əgər "Azadlıq" qəzeti, "Meydan" TV, "Azadlıq" radiosu kimi KİV-lər terrorizmi təbliğ edirsə, bu, bir başa cinayətdir. Azərbaycan dövlətinin qanunları ilə bu insanlar cinayət məsuliyyətinə cəlb edilməlidilər. Kimliyindən aslı olmayaraq". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

Qurum rəsmisinin sözlərinə görə, "Azadlıq" qəzeti birbaşa Əli Kərimlinin nəzarətindədir: "Əli Kərimlinin icazəsi olmadan "Azadlıq" qəzetində bir yazı belə gedə bilməz. Əgər Əli Kərimli qəzetində "Bin Ladenə eşq olsun" şuarları ilə çıxış edirsə, daha nə demək olar? Radikal müxalifət indiki məqamda özünü Qərbə yaxın göstərmək istəyir. Bilirsiniz ki, Fətulla Gülən ABŞ-da yaşayır və onun dəstəkçisi ABŞ-dır. "Meydan" TV də Qərbin maliyəsi ilə fəaliyyət göstərən qurumdur. Hətta bunlar ermənilərin də təbliğatını aparmaqda utanmırlar. Əli Kərimli də daxil olmaqlar, bunlar üçün əsas maliyyə mənbəyidir. Necə deyərlər, pulunu ver, nə istəyirsən yazdır".

Bütün xəbərlər Facebook səhifəmizdə