Politoloq: “Ermənistana təzyiq olsaydı, belə abırsız formada danışa bilməzdilər”
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın mövqeyində dəyişiklik yoxdur. Bu səbəbdən Ermənistan tərəfi də bu məsələdə çox böyük həyasızlıq nümayiş etdirir". Bunu SİA-ya politoloq Qabil Hüseynli Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Dağlıq Qarabağa dair məlum açıqlamasını şərh edərkən bildirib. O deyib ki, Ermənistan rəsmilərinin "bir qarış torpaq vermərik", "Qarabağ müstəqil olmalıdır" kimi şantaj xarakterli çıxışları işğalçı dövlətin nizmalanma prosesinə hazır olmadığını göstərir: "Dağlıq Qarabağ məsələsində əsas rol oynayan Rusiyadır və əgər o qəti mövqe tutsa, münaqişənin beynəlxalq hüquq normalarına, BMT-nin müvafiq qətnamələrinə uyğun həll etmək istəsə, ermənilər nə kəradilər ki, dirəniş göstərsinlər? Onlar bütün məsləhətləri Kremldən alır və ona uyğun da hərəkət edirlər".
Q.Hüseynli düşünür ki, Ermənistana hər hansı ciddi təzyiq göstərilmir: "Təzyiq olsa, belə abırsız formada danışa bilməzdilər. Azərbaycana 350 milyard dollardan çox ziyan vurublar, ərazimizi işğal ediblər, bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq birlik tərəfindən işğalçı ilə işğal məruz qalan arasında ciddi fərq qoyulmadıqca ermənilər belə həyasız bəyanatlar verməkdə davam edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB