Gennadi Züqanov: "Azərbaycan Rusiyanın strateji müttəfiq və tərəfdaşıdır"

Gennadi Züqanov: "Azərbaycan Rusiyanın strateji müttəfiq və tərəfdaşıdır"

"Azərbaycan bizim strateji müttəfiqimiz, tərəfdaşımızdır. Mən bir neçə dəfə Azərbaycanda olmuşam, ölkənin inkişafı üçün çox iş görülüb". SİA-nın məlumatına görə, bunu Rusiya Kommunist partiyasının lideri, Dumada Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov deyib.

O bildirib ki, Ümummilli lider Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını aldı, onu böhrandan xilas etdi: "Heydər Əliyev çox güclü, ağıllı nüfuzlu siyasətçi olub. Mən onunla Moskvada işləmişdim, Strasburqa görüşmüşdüm. Prezident İlham Əliyevlə dostluq əlaqələrimiz var, mən əməkdaşlığımızın möhkəmləndirilməsi üçün əlimdən gələn hər şeyi edirəm. Zaqafqaziya respublikalarının Rusiya ilə əməkdaşlığı və müttəfiqliyi çox vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə