Nikolas Maduro: “Ərdoğandan da sərt attım atacam” HƏDƏ

Nikolas Maduro: “Ərdoğandan da sərt attım atacam” HƏDƏ

Venesuelanın prezidenti Nikolas Maduro Mantas ştatında keçirilən tədbirdəki çıxışında bildirib ki, əgər ölkəsində dövlət çevrilişinə cəhd olarsa, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan da sərt addım atacaq. SİA-nın məlumatına görə, Maduro deyib ki, Türkiyədə baş verənlər bizimlə müqayisədə çox kiçik görünəcək: "Əgər onlar (müxalifət-red.) burada dövlət çevrilişinə cəhd edərlərsə, Ərdoğandan da sərt addım atacam".

Maduranın fikrincə, venesuelalılar bu kimi hal baş verərsə, bir yumruq kimi birləşəcək. Onlar bunu dövlət çevrilişinin qarşısını almaq və sülhə nail olmaq üçün edəcəklər.

"Mənim çağırışım belədir: Sağçı güclər çevrilişə əl atsalar, mən elə bir qanun tədbiq edərəm ki, bu qanun heç vaxt, heç yerdə tədbiq edilməyib"-deyə vurğulayan Venesuela prezidenti nəticədə ABŞ-ın, Latın ölkələri təşkilatlarının mövqelərinin onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini də bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə