Respublikaçılar: “Klinton ianə pullarını dərhal geri qayratmalıdır” TƏLƏB
"Klintonlar ailəsinin xeyriyyəçilik Fondu (Clinton Foundation) xarici sponsorlar tərəfindən olara verilən ianələrin qəbul edilməsini dərhal dayandırmalıdır". SİA "Associated Press"ə istinadən xəbər veirr ki, bu barədə ötən gün respublikaçıların Milli konqresinin sədri Rayns Pribas çıxış edərkən bildirib. Belə ki, o sözügedən bəyanatını Klintonun noyabrda prezident seçiləcəyi təqdirdə bir daha ianələr qəbul etməyəcəyini elan edəndən sonra komitənin rəsmi syatında yerləşdirib.
""Clinton Foundation" xarici ölkələrdən göndərilən ianələrin qəbulunu dərhal dayandırmaqla yanaşı, daha öncə əldə edilənləri də geri qaytarmalıdır"-deyə qeyd edilən bəyanatda həmçinin vurğulanır ki, ianə göndərən ölkələr sırasında insan haqlarının dəhşətli şəkildə pozulduğu ölkələrlə yanaşı, terrora dəstək verənlər də var.
Respublikaçı konqresmen həmçinin k iddia irəli sürüb ki, demokratların namizədi hazırkı məqamda xarici sponsorlardan asılı vəziyyətdə ola bilər.
Klinton fondu 2001-ci ildə ABŞ-ın sabiq prezidenti Bill Klinton tərəfindən yaradılıb. O, prezidentlikl səlahiyyətini başa vurduqdan və Ağ Evi tərk etdikdən sonra bu qərara gəlib. Ötən müddət ərzində "Clinton Foundation" 2 milyard dollar ianə toplamağa müyəssər olub. Sponsorlar arasında respublikaçılar partiyası tərəfindən ən kəskin şəkildə tənqid olunan Səudiyyə Ərəbistanı da var.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB