BAXCP rəsmisi: “Gülənlə Əli Kərimlinin əməkdaşlığı mövcuddur” MÜNASİBƏT

BAXCP rəsmisi: “Gülənlə Əli Kərimlinin əməkdaşlığı mövcuddur” MÜNASİBƏT

"Əli Kərimlini uzun illərdi tanıyan biri kimi deyə bilərəm ki, bu adam öz şəxsi mənafeyi üçün istənilən şəxslə, qurumla, təşkilatla, dövlətlə ( Rusiya, ABŞ), o cümlədən Fətullah Gülənlə də açıq və ya gizli şəkildə əməkdaşlıq edə bilər. Bu, birmənalıdır. Zaman-zaman Əli Kərimli rusiyapərəst də olub, qərbpərəst də, iranpərəst də. Əsas məqsəd hədəfə çatmaq və maliyyə vəsaiti qopartmaq. Türkiyədə 15 iyul hadisəsindən sonra Türkiyə cəmiyyətində gedən prosesləri izlədik. Bilirsiniz ki, Gülənin bütün yaxın silahdaşları və onunla birgə əməkdaşlıq edən şəxslər, qurumlar nəzarətə götürüldü. Onlarla media, televiziya kanalları bağlandı". Bunu SİA-ya Bütöv Azəbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

Sədr müavinin sözlərinə görə, fətullahçıların Əli Kərimlinin daxil olduğu seçki ittifaqlarına gizli dəstək verməsi faktının gün üzünə çıxması AXCP-nin özü haqda yaratmağa çalışdığı dünyəvi liberal dəyərlərin qoruyucusu mifini dağıdır: "Görünür, bu da kərimovçuların daha çox təlaşa düşmələrinə səbəb olur. Kərimovçular özlərinə yaxın media orqanlarında, xüsusən sosial mediada özlərini aqressiv aparır, faktlara qarşı qeyri-etik ifadələrlə cavab verirlər. Bağlanan kanalların biri olan "Barış TV" Əli Kərimlinin "Azərbaycan saatı" verlişini Türkiyədən yayımlayırdı. Hər gün bu kanal vasitəsilə Qənimət Zahid Əli Kərimlinin tapşırığı və göstərişi ilə Azərbaycan dövlətininə və onun rəhbərliyinə böhtan yağdırırdı. Özünüz fikirləşin, Fətullah Gülənin icazəsi olmadan Əli Kərimli "Barış TV"-də veriliş yayımlaya bilərdimi? Elə bu fakt onu deməyə əsas verir ki, Gülənlə Əli Kərimlinin əməkdaşlığı mövcuddur".

Bütün xəbərlər Facebook səhifəmizdə