Türkiyədə baş verən hadisələrdən sonra çevrilişə cəhdin təşkilatçıları həbs edilməsi prosesi geniş miqyas aldıqdan sonra Azərbaycandakı bəzi müxalifət qüvvələri də hərəkətə keçərək, bir növ gülənçilərə dəstək nümayiş etdirirlər. Hətta müxalifətə yaxın "Azadlıq" qəzeti, "Meydan" TV, "Azadlıq" radiosu kimi KİV-lər terrorizmi təbliğ edir və "Azadlıq" kimi qəzetlər "Bin Ladenə eşq olsun" şuarları ilə çıxış edirlər. Sual yaranır, müxalifət partiyalarının eləcə də, onlara yaxın "Azadlıq" qəzetinin, "Azadlıq" radiosunun və eləcə də "Meydan" TV-nin terrorizmi təbliğ etməsi nədən qaynaqlanır? Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov SİA-ya açıqlamasında bildirdi ki, Türkiyədəki hadisələr fonunda Azərbaycanda olan müxalifət qüvvələr bunu pisləmək əvəzinə, əksinə, buna dəstək verməsi bir növ onların gülənçilərlə həmfikir olduqlarını təsdiqləyir: "Təəssüflər olsun ki, müxalifət bununla iki dost, qardaş xalqlar arasında mövcud olan tarixi ənənələrə xələl gətirmək yolu tutmuş olurlar. Bu kimi əməllər isə yalnız qınağa, nifrətə layiqdir. Əgər müxalifət qüvvələri düşünürlərsə ki, Türkiyədə baş verən bu hadisələr təkcə iqtidarın problemidir, əlbəttə ki, çox yalnış bir hərəkətdir. Çünki, bu ümumilikdə türk dünyasının qarşı yönəlmiş bir terrordur".
R.Qonaqovun sözlərinə görə, AXCP sədri Ə.Kərimli və ona yaxınlığı ilə seçilən mətbu orqanların Gülənçilərə dəstək vermələri ümumilikdə Türkiyə-Azərbaycan əlaqələrinə zərər vurmağa yönələn uğursuz cəhddən başqa bir şey deyil: "Türkiyənin və Azərbaycanın bölgədəki nüfuzuna görə müəyyən dairələr cox ciddi narahatçılıq keçirirlər. Xarici qüvvələr Ə.Kərimli kimilərdən istifadə etməklə artmaqda olan nufuzu ləngitməyə çalışırlar. Düşünürəm ki, bununla müxalifət terroçu təşkilatla, onun rəhbərləri ilə əlaqələr qurmaqla öz mahiyyətlərini ortaya qoymuş olurlar. Onların fəaliyyətləri bunun üzərində qurulub. Bir sözlə, sabitlik, demokratiya üzərində yox, məhz zorakılıq üzərində qurulub. Müxalifət qüvvələrinin tutduğu bu yol çox səhv və yalnışdır. Bir sözlə, tutduğları bu yol onların özlərinə çox böyük ziyan vuracaq. Ümumiyyətlə, nə Türkiyədə, nə də ki, Azərbaycanda qarşıdurma yolu ilə nəyəsə nail olmaq mümkün olmayıb və olmayacaq da. Bunu da həmin qüvvələr qulaqlarını yaxşı-yaxşı açıb eşitməlidirlər".
R.Qonaqov onuda bildirib ki, müxalifət qüvvələrinin bu cür çirkin vasitələrdən istifadə etmələri, onlara heç vaxt başucalığı gətirməyəcək: "Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı bu günə qədər yersiz hərəkətlər etdiklərinə görə, onlar xalqın gözündən düşüblər. Bu da onların anormal olmalarının nəticəsidir. Yaxşı olardı ki, müxalifət qüvvələri belə yolardan əl çəkərək, normal siyasətə meyl etsinlər".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB