Şvıdkoy: “Payızda nə baş verəcəyini gözləmək lazımdır”

Şvıdkoy: “Payızda nə baş verəcəyini gözləmək lazımdır”

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hər iki tərəfdən olan ziyalılardan da çox şey asılıdır. SİA-nın məlumatına görə, bunu Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla görüşündən sonra bir qədər ara vermək lazımdır: "Düşünürəm ki, səbr edib, payızda nə baş verəcəyini gözləmək lazımdır.

Münaqişənin ən kiçik siyasi həll imkanı yaransa belə, onda mədəniyyət, elm xadimləri arasında əlaqələrin canlandırılması vacibdir. Siyasətçilər hətta ölkənin ən yüksək səviyyəsində belə istənilən qərarı qəbul edə bilərlər. Biz onları sevirik, hörmət edirik. Lakin istənilən siyasi qərarın insanların anlayışla qarşılaması çox vacibdir. Bu məsələdə isə ziyalıların böyük rolu var".

Bütün xəbərlər Facebook səhifəmizdə