ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer sentyabrın 1-də ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşəcək. SİA RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın XİN rəhbəri Pavel Klimkin məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 3-də isə Ştaynmayerin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının üzv ölkələrinin XİN rəhbərləri ilə qeyri-rəsmi görüşü nəzərdə tutulub.
Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramının iştirakçı dövlətləri Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Belarusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB