"ABŞ ümumiyyətli, hamıya öz iradəsini diktə edir. Onun siyasəti "ağa Nəzərəm, belə gəzərəm" ehtimalından kənara çıxa bilmir. ABŞ elə bilir ki, o nə istəsə deyə bilər, nə istəsə edə bilər, ayrı dövlətlərin işinə qarışa bilər, ancaq ABŞ-a qarşı heç kəs heç nə edə bilməz". Bu fikri SİA-ya açıqlamasında millət vəkili Araz Əlizadə deyib.
Millət vəkilinin sözlərinə görə, ABŞ-ı nə Azərbaycan torpaqlarının işğalı maraqlandırıb, nə də işğalçıların Azərbaycana qarşı təcavüzü: "ABŞ-da ən böyük cinayət vergidən yayınmadır. Buna görə, kimliyindən aslı olmayaraq hər kəs cinayət məsuliyyətinə cəlb olunur. Əgər Azərbaycanda Natiq Cəfərli sahibkarlıq fəaliyyəti zamanı küllü miqdarda vergidən yayınıbsa, niyə də ki, onun haqqında cinayət işi qaldırılmasın. Bu reallığı ABŞ Dövlət Departamenti başa düşməlidir".
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB