Talış kəndinin erməni sakinləri xaricə mühacirət ediblər BÖYÜK QAÇIŞ

Xalapyan: "Geri dönməyəcəyəm"
Talış kəndinin erməni sakinləri xaricə mühacirət ediblər BÖYÜK QAÇIŞ

"Aprel müharibəsi zamanı yaxınlarını itirmiş Xalapyanlar ailəsi köçdükləri Ermənistadan da mühacirət ediblər". SİA xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazır. Nəşr qeyd edir ki, onlar hazırda Rusiyadadırlar: "Xalapyanın arvadı və uşaqları isə İspaniyaya yerləşiblər".

Buildirilir ki, Talış kəndindən köçənlərin əksəriyyəti Çerentsavan şəhərinin Kotayk bölgəsinə köçüblər. Təqribən 80 nəfəri isə Qarabağda Alaşan kəndindədirlər.

Qəzet yazır ki, Alaşan kəndinə qayıtmaq üçün isə onlar Çerentsavanda qarşılaşdıqları "DQR"in "prezidenti" Bako Saakyana şərtlər irəli sürdükdən sonra razılaşıblar. Belə ki, onlar bir daha Talış kəndinə dönməyəcəklərini deyiblər. Qagik Xalakyan isə öz ailəsi ilə öncə İrəvaa, oradan isə mühacirət edərək Rusiyaya köçüb: "Biz bugünlərdə ondan soruşduq ki, nə zamansa Ermənistana, ya da Talış kəndinə geri dönməyi planlaşdırırmı? O öz cavabında bir daha geriyə qayıtmayacağını bildirib" .

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə