Rövşən Rzayev: “Beynəlxalq təşkilatlar qətiyyətli mövqedən çıxış etmir” AÇIQLAMA
"Ümumiyyətlə kəlbəcərli girovlar – Şahbaz Qulyev və Diqəm Əsgərovun hələ də geri qaytarılmaması hər birimizi narahat edir. Biz çalışırıq ki, ədalətli bir qərar qəbul olunsun". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.
Deputatın sözlərinə görə, təəssüflər olsun ki, beynəlxalq təşkilatlar kifayət qədər öz səlahiyyətlərindən istifadə etmirlər: "Bunun da səbəbi odur ki, separatçı, cinayətkar qurum Azərbaycan Republikasının Dağlıq Qarabağının işğalçı siyasətini davam etdirir. Təbii ki, Ermənistan da öz havadarları ilə bir yerdə bu işğalçı siyasətə dəstək verir. Ona görə də bu məsələ öz həllini tapmayıb. Amma inanıram ki, bu istiqamət üzrə iş aparılır və nə mövcud olacaqsa o da həyata keçəcək. Allah girovlarımızın ailələrinə, yaxınlarına səbr versin. Düşünürəm ki, beynəlxalq təşkilatlar qətiyyətli mövqedən çıxış etmirlər. Baxmayaraq ki, cinayətkar qurum Azərbaycan ərazisini işğal altında saxlayır və separatçı dövlətin rəhbəri Serj Sarkisyan bütün beynəlxalq hüquqa öz bildiyi kimi baxır o zaman beynəlxalq qurumlar da bu məsələyə lazımi qiymət verməyəcəklər. Hesab edirəm ki, problemin həlli bundadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB