Aydın Quliyev: “Siyasi qüvvələrin fəaliyyəti tam şəffaf olmalıdır” MÜNASİBƏT
"Hesab edirəm ki, AXCP ilə fətullahçılar arasında əməkdaşlığa dair faktların araşdırılması xüsusi xidmət orqanlarının işidir. Heç şübhə etmirəm ki, Azərbaycanın xüsusi xidmət orqanları bu məsələni araşdıracaqlar". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, Azərbaycanın daxilində hər hansı bir siyasi qüvvənin xaricdəki müəyyən siyasi və qeyri-siyasi dairələrlə qeyri-şəffaf şəkildə əlaqələr saxlaması, əməkdaşlıq etməsi tamamilə yolverilməzdir: "Belə hallar olsa, buna qarşı tam şəkildə tədbirlər görülməlidir. Ona görə ki, siyasi qüvvələrin fəaliyyətinin şəffaflığı bir nömrəli prinsipdir. Çünki siyasi qüvvələrin fəalliyyətində şəffaflıq olmayanda burada müxtəlif şübhələr baş qaldırır. Ona görə də düşünürəm ki, ölkəmizin içindəki bütün siyasi qüvvələrin siyasi fəaliyyəti tam şəffaf olmalıdır. Əgər əməkdaşlığa dair şübhələr olsa bu, mütləq araşdırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB