Elman Məmmədov: “Azərbaycanla Türkiyə daim bir-birinin yanında olmalıdır” AÇIQLAMA
"Türkiyədə hərbi çevriliş cəhdinə qarşı ilk etiraz edən və qardaş ölkənin qanuni hakimiyyətinə ilk açıq dəstək verən dövlət Azərbaycan Respublikası oldu. Heç şübhəsiz ki, bu, belədə olmalı idi". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Millət vəkilinin sözlərinə görə, bizlər türk millətiyik: "Ümummilli Lider Heydər Əliyev demişkən biz "bir millət, iki dövlətik". Biz eyni millətik yalnız dövlətlərimiz ayrıdır. Bu təbiidir. Burada təəccüblü bir şey yoxdur. Azərbaycanın müstəqilliyinə ilk səs verən, dövlətimizə dəstək olan da məhz Türkiyə idi. Biz bu cür hərəkətləri soykökümüz eyni olan türk qardaşlarımızdan (qazax, türkmən, özbəkdən, tatardan və s.) da görmək istəyirik. Hətta biz bir qədər dairəni genişləndirməliyik. Biz böyük türk dünyası haqqında danışmalıyıq. Eləcə də biz islam, müsəlman dövlətlərinin birliyi haqqında danışmalıyıq ki, ölkəmizin də səsi eşidilsin və birlik gücümüz olsun. Azərbaycan hər zaman olduğu kimi Türkiyənin yanında oldu və hesab edirəm ki, sona qədər də bir-birimizin yanında olmalıyıq. Biz daim irəli getməli, inkişaf etməli və güc olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB