Sərdar Eyvazova “Əməkdar müəllim” fəxri adı verilib

Sərdar Eyvazova “Əməkdar müəllim” fəxri adı verilib

S.S.Eyvazova "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında Dövlət Sərhəd Xidmətinin təhsil sahəsinin inkişafındakı xidmətlərinə görə Sərdar Sübhan oğlu Eyvazova Azərbaycan Respublikasının "Əməkdar müəllim" fəxri adı verilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə