Fərman Allahverdiyevə “Əməkdar həkim” fəxri adı verilib

Fərman Allahverdiyevə “Əməkdar həkim” fəxri adı verilib

F.B.Allahverdiyevə "Əməkdar həkim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında Dövlət Sərhəd Xidmətinin səhiyyə sahəsinin inkişafındakı xidmətlərinə görə Fərman Bəhman oğlu Allahverdiyevə Azərbaycan Respublikasının "Əməkdar həkim" fəxri adı verilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə