Ceyms Uorlik: “Prezidentlərin növbəti görüşünün təşkili üzrə iş aparılır”

Ceyms Uorlik: “Prezidentlərin növbəti görüşünün təşkili üzrə iş aparılır”

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşünün təşkili ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla əlaqə saxlayır. SİA-nın məlumatına görə, bunu RİA Novosti agentliyinə açıqlamasında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Həmsədr xatırladıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü Rusiyanın dövlət başçısının iştirakı ilə iyunun 20-də Sankt-Peterburqda keçirilib: "Daha əvvəl isə prezidentlər Vyanada görüşüblər. Hər iki görüşdə tərəflər danışıqların növbəti mərhələsinə hazır olduqlarını nümayiş etdiriblər. Biz prezidentlərinin növbəti görüşünün təşkil imkanları üzərində işi davam etdiririrk və hər iki ölkənin liderləri, xarici işlər nazirləri ilə əlaqə saxlayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə